CƏMİYYƏT


Saray qəsəbəsində xaricdə yaşayan narkotacirlərin kuryeri saxlanılıb VİDEO

Bakı, 6 oktyabr, AZƏRTAC

Abşeron Rayon Polis İdarəsinin Saray polis bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat zamanı əvvəllər məhkum olunmuş Ağcabədi rayon sakini Elbrus Əliyev tutularaq istintaqa təqdim edilib. Onun üzərinə, eləcə də idarə etdiyi avtomobilə baxış zamanı ümumi çəkisi 1 kiloqram 40 qram olan narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkarlanıb.

Qeyd edək ki, Elbrus Əliyev saxlanılan zaman müqavimət göstərərək qaçmağa çalışsa da, polis əməkdaşlarının çevikliyi və operativliyi nəticəsində onun tutulması təmin edilib.

İlkin araşdırma zamanı müəyyənləşdirilib ki, Elbrus Əliyev qonşu ölkələrdən birində yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərən narkotacirlə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq onun təklifi nəticəsində narkokuryerliyə cəlb olunub. Onun əsas məqsədi əldə etdiyi külli miqdarda narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində qanunsuz dövriyyəsini təşkil etmək olub. Elbrus Əliyev ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf ediblər.

Faktla bağlı Saray polis bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.