DÜNYA


Sarayevo hava çirkliliyinə görə dünyanın böyük şəhərləri və paytaxtları siyahısında ilk üçlükdədir

Sarayevo, 28 yanvar, AZƏRTAC

Bosniya və Herseqovinanın paytaxtı Sarayevo hava çirkliliyinə görə dünyanın böyük şəhərləri və paytaxtları siyahısında ilk üçlükdə qərarlaşıb. Sarayevo havanın keyfiyyət indeksinə görə qeyri-sağlam olaraq təsnif edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Swiss IQAir” şirkəti məlumat yayıb.

Bildirilir ki, siyahıda ilk sırada havanın keyfiyyət indeksi 370 olan Rusiyanın Krasnoyarsk şəhəri, ikinci yerdə isə havanın keyfiyyət indeksi 201 olan Sarayevo qərarlaşıb. Havanın keyfiyyət indeksi 197 olan Xorvatiyanın paytaxtı Zaqreb üçüncü yerdədir.

Dünya Bankı Bosniya və Herseqovinada hava çirkliliyinə görə ölənlərin ildə 3400, Avropa Ətraf Mühit Agentliyi isə 5 min nəfər civarında olduğunu açıqlayıb. Bosniya və Herseqovinada ölümlərin təxminən 20 faizi havanın çirklənməsi ilə bağlı səbəblərdən baş verir.

Mütəxəssislərə görə, sənaye obyektləri, nəqliyyat, tullantıların yandırılması və fərdi istilik sistemləri havanın çirklənməsinin ən böyük səbəblərindəndir.

Qeyd edək ki, “Swiss IQAir” şirkəti dünyada 10 mindən çox ölçmə stansiyasına malikdir və havanın keyfiyyətini ölçür.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Sarayevo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.