DÜNYA


Sarayevo məktəblərində bomba təhlükəsi ilə bağlı saxta xəbərdarlıqlar edilib

Sarayevo məktəblərində bomba təhlükəsi ilə bağlı saxta xəbərdarlıqlar edilib

Sarayevo, 29 mart, AZƏRTAC

Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində bir çox məktəbdə bomba təhlükəsi ilə bağlı xəbərdarlıq olunub.

AZƏRTAC xəbər verir ki, Sarayevo Kantonunun Daxili İşlər Nazirliyinin məlumatına görə, bir çox məktəbə bomba qoyulduğuna dair elektron poçt vasitəsilə məlumat daxil olub. Həmin məktəblərdə tədris dayandırılıb və şagirdlər evlərinə göndərilib. Məsələ ilə bağlı lazımi tədbirlər görülüb, prokurorluq məlumatlandırılıb.

Polisin məktəblərdə ətraflı araşdırmalar aparmasından sonra bomba təhlükəsi ilə bağlı xəbərdarlıqların saxta olduğu müəyyən edilib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Sarayevo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.