CÜMHURİYYƏT - 100


Sarayevoda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan konfrans təşkil edilib

Sarayevo, 10 dekabr, AZƏRTAC

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Bosniya və Herseqovinanın dövlətçiliyinin 75 illiyi ilə əlaqədar Sarayevo şəhərində “Şərq və Qərb körpüləri” mövzusunda beynəlxalq konfrans təşkil olunub.

Konfrans Azərbaycanın Serbiya, Bosniya və Herseqovina, Monteneqrodakı səfirliyinin təşəbbüsü və dəstəyi, eləcə də Bosniya və Herseqovinanın elmi ictimaiyyətinin nümayəndələrini özündə birləşdirən “Krug 99” Müstəqil İntellektuallar Assosiasiyasının təşkilatçılığı ilə keçirilib.

Tədbirdə çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən və fəaliyyətindən, xalqımızın milli azadlıq mübarizəsindən, eləcə də 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra respublikamızın üzləşdiyi çətinliklərdən, Ermənistanın işğalçılıq siyasətindən danışılıb. Eyni zamanda, ulu öndər Heydər Əliyevin müstəqil dövlətçiliyimizi təhlükələrdən xilas etməsindən, Azərbaycan dövlətinin inkişafına və möhkəmlənməsinə nail olmasından bəhs edilib. Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi strategiyanı bu gün Prezident İlham Əliyevin uğurla davam etdirildiyi diqqətə çatdırılıb.

Çıxışlarda Sarayevoda təşkil edilən bu konfransın xalqlarımız arasında dialoq və əməkdaşlığa, regionda sülh və əmin-amanlığa töhfə verməsinə xidmət etdiyi vurğulanıb.

Tədbir zamanı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş materiallar, eləcə də ölkəmizə aid nəşrlər iştirakçılara paylanılıb.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Sarayevo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.