DÜNYA


Sarayevoda turistlər üçün “Şəhər kartı”nın tətbiqinə başlanılır

Sarayevo, 12 avqust, AZƏRTAC

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda turistlər üçün “Şəhər kartı” (“City card”) layihəsinə başlanılır.

AZƏRTAC xəbər verir ki, “Sarayevo şəhər kartı” turistlərin ictimai nəqliyyatda, kanatlarda, muzey və mədəniyyət müəssisələrində, eləcə də restoran və otellərdə endirim əldə etmələri məqsədi daşıyır. Turistlərin rahatlığının təmin olunması üçün hazırlanan xüsusi kartın məqsədi vaxta və vəsaitə qənaətlə yanaşı, ziyarətçilərə rəqəmsal təcrübə təqdim edərək turizm sektorunun inkişafına şərait yaratmaqdır.

Layihə, həmçinin Sarayevonun turizm məkanı kimi cəlbediciliyini və rəqabət qabiliyyətini artırmaq məqsədi daşıyır. “Sarayevo şəhər kartı” tətbiqinə sentyabr ayından başlanılacaq.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Sarayevo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.