MƏDƏNİYYƏT
“Sarı Gəlin” adlı tələbə mahnı festivalına qeydiyyat başlayıb
Bakı, 21 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə keçirilən “Sarı Gəlin” adlı tələbə mahnı festivalına gənclərin qeydiyyatı başlayıb.
Bakı Musiqi Akademiyasından AZƏRTAC-a bildirilib ki, rəhbəri Günay Hüseynli olan layihə tələbə gənclər üçün nəzərdə tutulan mahnı müsabiqəsidir.
Layihənin təşkil olunmasında məqsəd milli-mənəvi dəyərlərimizin təbliği, Azərbaycan xalq mahnılarının qorunub saxlanılmasında gənclərin rolunu artırmaq, istedadlı gənclərin üzə çıxarılması və onlara dəstək olmaqdan ibarətdir.
Festivala qatılan istedadlı tələbələr milli mahnılarımızı ifa etməklə yanaşı, sonda xor şəklində “Sarı Gəlin” Azərbaycan xalq mahnısını səsləndirəcəklər.
Layihə çərçivəsində keçiriləcək qala-konserti noyabrın 26-da Bakı Musiqi Akademiyasında reallaşacaq.