İDMAN


Şarjada keçirilən beynəlxalq turnirə Azərbaycan şahmatçıları qələbə ilə start veriblər

Bakı, 22 may, АZƏRTAC

Birləşmiş Ərəb Əmirliyinin Şarja şəhərində keçirilən beynəlxalq turnirə Azərbaycan şahmatçıları qələbə ilə start veriblər.

AZƏRTAC xəbər verir ki, təmsilçilərimiz Nicat Abasov, Misrətdin İsgəndərov birinci turda qələbə qazanıblar. Komandamızın digər üzvləri Məhəmməd Muradlı, Aydın Süleymanlı ilk turun oyunlarını heç-heçə başa vurublar, Günay Məmmədzadə məğlub olub.

Turnirdə 32 ölkədən 80 şahmatçı iştirak edir ki, onlardan da 65-i qrosmeysterdir.

Qeyd edək ki, mayın 29-da başa çatacaq yarış doqquz turdan ibarətdir və İsveçrə sistemi ilə keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.