İDMAN


Şarl Lekler Yaponiyada “Mercedes”in “Ferrari”dən çox irəli getməsinə heyrətlənib

Bakı, 11 oktyabr, AZƏRTAC 

“Ferrari” komandasının yürüşçüsü Şarl Lekler Formula 1 çempionatının Yaponiya Qran-Prisinin cümə məşqlərinin nəticələrini şərh edib.

AZƏRTAC xəbər verir ki, ikinci sessiyada ilk iki sıranı “Mercedes”in pilotları Valtteri Bottas və Luis Hemilton tutublar, Lekler isə liderdən 0,356 saniyə geri qalaraq dördüncü yerdə qərarlaşıb. Monakolunun ortağı, saniyənin dörddəbiri qədər ləngiyən Sebastian Fettel beşinci olub.

“Biz bu gündən maksimum nəticə əldə etdik. Bu, ən başlıca şərtdir. Lakin görünür, bu uik-enddə bizdə sürət çatmır. Bu, olduqca maraqlıdır. Çünki bundan əvvəlki dörd yürüşdə biz çox sürətli idik.

Biz burada da yaxşı sürət nümayiş etdirəcəyimizi gözləyirdik. Lakin bu, baş vermədi. Amma biz bazar günü təsnifatına daha yaxşı hazırlaşmaq üçün öz üzərimizdə işləyəcəyik. Maşının balansı ilə vəziyyət o qədər də pis deyil, lakin sürət də yetərincə deyil”, - deyə “RaceFans” Leklerin sözlərindən sitat gətirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.