DÜNYA
Şarl Mişel: Ukrayna Aİ-nin layiqli üzvü olmaq üçün lazım olan hər şeyi edəcək
Kiyev, 9 may, AZƏRTAC
Avropa İttifaqı (Aİ) əmindir ki, Ukrayna Aİ-nin layiqli üzvü olmaq üçün lazım olan hər şeyi edəcək. Brüssel ukraynalıların demokratik dəyərlərə olan istəyinə hörmətlə yanaşır.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bu fikri Odessada Ukraynanın Baş naziri Denis Şmıqalla görüşdən sonra keçirdiyi mətbuat konfransında söyləyib.
"Biz Ukrayna xalqının Maydanda atılan demokratik dünya dəyərlərinə doğru istəklərinə hörmət edirik. İnanırıq ki, siz Avropa İttifaqının layiqli üzvü olmaq üçün lazım olan hər şeyi edəcəksiniz", - deyə Şmıqal əlavə edib.
Xatırladaq ki, bu gün Ukrayna Aİ üzvlüyünə namizəd ölkə statusunu almaq üçün sorğunun ikinci hissəsini doldurub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [20:29]
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib
- 25.04.2024 [20:16]
Gürcüstan müxalifəti yeni mitinq elan edib
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]