Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Şarm Əl-Şeyx-Bakı birbaşa aviareysi iyun ayının 3-dən həyata keçiriləcək VİDEO

Bakı, 16 may, Elvin Camalov, AZƏRTAC

Şarm Əl-Şeyx-Bakı birbaşa aviareysi iyun ayının 3-dən həyata keçirilməyə başlayacaq. Uçuş 4 saat davam edəcək və bir biletin qiyməti orta hesabla 350 ABŞ dolları təşkil edəcək

AZƏRTAC xəbər verir ki, bu barədə mayın 16-da Azərbaycan və Misir Ərəb Respublikası arasında turizm sektoru üzrə əməkdaşlığa həsr olunan mətbuat konfransında deyilib.

Mətbuat konfransında Misir Turizm İdarəsi və Misir Otellər Assosiasiyasının rəhbərlərinin iştirakı ilə turizm bazarının cari vəziyyəti, eləcə də bu sahə üzrə yeni təşəbbüslər barədə jurnalistlərə məlumat verilib, Misirin kurortlarındakı turizm xidmətlərinin keyfiyyəti baxımından yeni imkanlar təqdim edilib.

Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Suzan Cəmil Nuh, Misir Turizm İdarəsinin planlaşdırma şöbəsinin rəhbəri Əhməd Şükri, Misirin Praqadakı Turizm idarəsinin rəhbəri Məhəmməd Desuki, Misir Otellər Assosiasiyasının rəhbəri Məhəmməd Eyyub, Misirin Turizm Federasiyası Palatasının nümayəndələri Əli Qonaym və Adel əl-Haqar, “Air Cairo” şirkətinin kommersiya direktoru Fəthi Attia, eyni zamanda Misirin 13 aparıcı turoperatoru Azərbaycanda yerli turizm şirkətləri ilə səmərəli əməkdaşlıq əlaqələri qurmaq üçün tədbirdə iştirak edirlər.

Səfir Suzan Cəmil Nuh bildirib ki, turizm sektoru Misir iqtisadiyyatında ən mühüm yerlərdən birini tutur: “Biz burada yaranacaq əməkdaşlıq əlaqələrini yaxından izləyəcəyik və düşünürəm ki, turizm sahəsində əməkdaşlıq əlaqələri Azərbaycan və Misir arasında digər sahələr kimi güclü inkişafa malik olacaq”.

Misir Turizm İdarəsinin planlaşdırma şöbəsinin rəhbəri Əhməd Şükri bildirib ki, qısa zamanda Azərbaycanın sürətli inkişafı və iqtisadiyyatının güclənməsi onu çox təəccübləndirib. Azərbaycan yaxın zamanda turizm sahəsində dünyada öz yerini tutan bir ölkə olacaq. “Biz əlaqələrin qurulması və qarşılıqlı inkişafı əldə etmək üçün buradayıq. Məqsədimiz həm Azərbaycan turistlərini Misirə dəvət etmək və Misir turistlərini də Azərbaycanın gözəl məkanlarına səfərlərini təşkil etməkdir”, - deyə Ə.Şükri vurğulayıb.

Misir Otellər Assosiasiyasının rəhbəri Məhəmməd Eyyub qeyd edib ki, Misirdə kifayət qədər turizm obyektləri var. Otellərin 50 faizi 2-3 ulduzludur.

Onun sözlərinə görə, 4 milyondan artıq misirli turizm sektorunda fəaliyyət göstərir və ölkənin ÜDM-in təxminən 12 faizi turizm sektorundan əldə edilən gəlir hesabına formalaşır. Son 10 il ərzində Misiri ziyarət edən turistlərin sayı 5 milyon nəfərdən 15 milyon nəfərə qədər, yəni 3 dəfə, kurortda otel yerlərinin sayı isə 18 min otaqdan 280 min otağa qədər artıb. Əlavə olaraq, 250 min otağın istifadəyə verilməsi də planlaşdırılır.

Misirin Turizm Federasiyası Palatasının nümayəndələri Əli Qonaym Azərbaycanla Misir arasında oxşarlıqların olduğunu söyləyib. “Burada olan zaman insanların qonaqpərvərliyi, yeməklərin dadı, geyimlər mənim özümü yad hiss etməyə imkan vermədi. Misir Turizmi haqda bir az məlumat vermək istəyirəm. Qeyd edim ki, qışda belə Qırmızı Dənizdə o cümlədən Şarm Əl-Şeyxdə insanlar dincələ, çimərlikdən istifadə edə bilərlər. Misir, həmçinin abidələri ilə də turistlərin ən sevimli məkanlarından biridir”, - deyə Əli Qonaym vurğulayıb.

“Air Cairo” aviaşirkətinin kommersiya direktoru Fəthi Attia Şarm Əl-Şeyxə turistlərin cəlbi üçün iyun ayının 3-dən birbaşa aviareysə start veriləcəyini və bununla kifayətlənməyib digər şəhərlərə də uçuşların təşkil ediləcəyini bildirib. Onun sözlərinə görə ilkin mərhələdə Şarm Əl-Şeyxə uçuşlar həftədə 1 dəfə - cümə günü “Air Cario” aviaşirkəti tərəfindən “Airbus A320” təyyarəsi ilə həyata keçiriləcək. Təyyarə 09:30-da Bakıdan havaya qalxacaq və yerli vaxtla 11:00-da Şarm Əl-Şeyxə çatacaq. Əks istiqamətdə isə 03:00-da havaya qalxan təyyarə 08:30-da Bakıda olacaq. Daha sonra isə aviareyslərin sayının artırılması gözlənilir. Bir biletin qiyməti gediş-gəliş daxil olmaqla orta hesabla 350 ABŞ dolları təşkil edəcək

Daha sonra Misirin Praqadakı Turizm idarəsinin rəhbəri Məhəmməd Desuki Misirin turizm imkanları ilə bağlı təqdimatla çıxış edib.

O bildirib ki, azərbaycanlıların Misirdəki turizm imkanlarından faydalanması baxımından, Misir Turizm Nazirliyi və Misirin turoperatorları hər iki ölkə arasında səmərəli əməkdaşlığı davam etdirmək əzmindədirlər və bu gün azərbaycanlı turistlərə yeni və yüksək keyfiyyətli cəlbedici turizm paketlərini təklif etməyə hazırdırlar. “2011-2013-cü illərdə Misirə səfər edən azərbaycanlı turistlərin sayında müəyyən azalmadan sonra son zamanlar onlar arasında Misir kurortlarının populyarlığı yenidən artıb. Belə ki, son iki il ərzində Misiri minlərlə azərbaycanlı ziyarət edib. Dekabr, yanvar və mart ayları səyahət üçün daha populyar aylar hesab olunur. Kurortlara səfər etmək də çətin deyil - ən yaxın zamanda Bakıdan birbaşa təyyarə reysinin açılması planlaşdırılır”,- deyə Məhəmməd Desuki vurğulayıb.

Şarm Əl-Şeyx-Bakı birbaşa aviareysi iyun ayının 3-dən həyata keçiriləcək VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb

Quterreş Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üçün bütün məsələləri həll etməyə çağırıb

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb