SİYASƏT


“Sarsılmaz qardaşlıq-2019” təlimində iştirak etmiş türkiyəli hərbçilərin təntənəli yola salınması mərasimi keçirilib VİDEO

Bakı, 14 iyun, AZƏRTAC 

“Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təliminə cəlb edilmiş Türkiyə Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin təntənəli yola salınması mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərasimdə çıxış edən Əlahiddə Ümumqoşun Ordu Komandanının müavini, general-mayor Elman Orucov təlimin yüksək səviyyədə keçirildiyini, iki qardaş ölkənin hərbi qulluqçularının yüksək peşəkarlıq, vətənpərvərlik və sarsılmaz qardaşlıq nümayiş etdirdiklərini vurğulayıb.

Tədbirdə təlim iştirakçılarına hədiyyələr təqdim edilib.

Türkiyə Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti, silah və texnikaları Sədərək sərhəd-keçid məntəqəsindən-Araz çayı üzərindəki “Ümid” körpüsündən xidmət yerlərinə yola salınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.