İQTİSADİYYAT
Satınalan təşkilatlarının nümayəndələri ilə növbəti onlayn görüş olub
Bakı, 7 may, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən dövlət müəssisə və təşkilatlarının satınalmalara məsul nümayəndələrinin iştirakı ilə “Satınalma prosedurları: rəqabətlilik və səmərəliliyin təmin edilməsi” mövzusunda növbəti onlayn görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə son illər dövlət satınalmaları sahəsində aparılan təkmilləşdirmələrin, “Dövlət satınalmalarının vahid elektron portalı”nın yaradılmasının, tenderin elektron satınalma vasitəsilə həyata keçirilməsinin, dövlət satınalmaları sahəsində şəffaflığın və rəqabətliliyin artırılmasının, mikro, kiçik və orta biznesin inkişafı, həmçinin dövlət vəsaitlərinin səmərəli və qənaətlə istifadə olunmasına əlavə stimul yaratdığı qeyd edilib.
Tədbirdə iştirakçılara dövlət vəsaitlərindən daha səmərəli istifadə olunması, dövlət sаtınаlmа prosedurlarının elektronlaşdırılması, iştirakçılar arasında sağlam rəqаbətin təmin оlunmаsı istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, fikir mübadiləsi aparılıb.
Satınalan təşkilatların 100-dən çox nümayəndəsinin iştirak etdiyi onlayn görüşdə dövlət satınalmaları sahəsində qanunvericiliyin tələblərinə ciddi riayət olunması, mütəxəssislərin ixtisas səviyyəsinin və nəzəri biliklərinin artırılması məqsədilə təşkil olunduğu və bu tədbirlərin mütəmadi olaraq davam etdiriləcəyi diqqətə çatdırılıb.