İQTİSADİYYAT
Satış məntəqələrindəki mobil cihazların “IMEI” nömrələrinin qeydiyyatı yoxlanılacaq
Sahibkarlar yalnız sertifikatlaşdırılmış və “IMEI” nömrələri bazada qeydiyyatda olan mobil cihazların satışını təşkil edə bilərlər.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, istehlakçıların hüquqlarının qorunması məqsədilə əlaqədar qurumlarla birgə satış məntəqələrindəki cihazların “IMEI” nömrələrinin qeydiyyatı yoxlanılacaq. Qeydiyyatsız cihazların satışının aşkar ediləcəyi hallarda hüquqi və fiziki şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun tədbirlər görüləcək.
Mobil cihazların qeydiyyatını “www.imei.az”, “www.e-gov.az” saytlarında birbaşa və ya poçt şöbələrində aparmaq mümkündür.
Qeyd edək ki, noyabrın 1-dən ölkəyə gətirilən mobil cihazların
qeydiyyatında ödənişli sistemin tətbiqinə başlanılıb.