İQTİSADİYYAT


Satış məqsədilə alınan əmlak əsas vəsaitlər kateqoriyasına aid edilirmi?

Satış məqsədilə alınan əmlak əsas vəsaitlər kateqoriyasına aid edilirmi?

Bakı, 30 yanvar, AZƏRTAC

Müəssisə satış məqsədilə mənzillər alır və aldığı mənzilləri investisiya mülkiyyəti kimi tanıyır. Bu zaman əmlak vergisi öhdəliyi yaranırmı?

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinə əsasən, müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri əmlak vergisinin vergitutma obyektini təşkil edir və müəssisələr əsas vəsaitlərin Vergi Məcəlləsinin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.

Vergi Məcəlləsinin 13.2.17-ci maddəsində isə göstərilir ki, əsas vəsaitlər dedikdə, istifadə müddəti bir ildən və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər nəzərdə tutulur.

Qeyd olunanlara əsasən, müəssisə tərəfindən alınmış daşınmaz əmlaklar əsas vəsaitlər kateqoriyasına aid olmaqla Vergi Məcəlləsi ilə müəyyən edilən qaydada əmlak vergisinə cəlb edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.