İQTİSADİYYAT


Satışdankənar gəlirlər ƏDV bəyannamələrində qeyd olunmalıdırmı?

Bakı, 11 sentyabr, AZƏRTAC

Müəssisənin əldə etdiyi satışdankənar gəlirlər ƏDV bəyannamələrində qeyd olunmalıdırmı?

Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinin müddəalarına əsasən, digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri satışdankənar gəlir hesab edilir.

Satışdankənar gəlirlər ƏDV-nin vergitutma obyektini yaratmır və həmin gəlirlər ƏDV bəyannaməsində göstərilmir.

Kameral vergi yoxlaması zamanı qeyd edilən əməliyyatla əlaqədar olaraq vergi orqanı tərəfindən hər hansı uyğunsuzluq göndərildiyi halda bununla bağlı vergi orqanına müvafiq izahat məktubu təqdim edilə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.