ELM VƏ TƏHSİL


Saturnda sutkanın neçə saat olduğu ölçülüb

Bakı, 23 yanvar, AZƏRTAC

Saturn planetinin dairəsindəki halqaların davranışının müəyyən edilməsi üsulu ilə bu göy cisminin hansı sürətlə fırlandığı müəyyən edilib. Məlum olub ki, bu planetdə bir sutka 10 saat, 33 dəqiqə və 38 saniyədən ibarətdir.

AZƏRTAC “Science” jurnalına istinadla xəbər verir ki, Kaliforniya Universitetinin astronomu Kristofer Mankoviçin rəhbərlik etdiyi tədqiqat qrupu Saturnun Yerə nisbətən iki dəfədən də çox sürətlə fırlandığını kəşf edib. ABŞ-da nəşr olunan “Astrophysical Journal”da dərc olunmuş hesabatda bildirilir ki, təxminən 58 min kilometr radiusu olan Saturnun daha sürətlə fırlanmasının səbəbi onun ölçülərinin Yerdən doqquz dəfə kiçik olmasıdır.

Hesabatda qeyd olunur ki, əvvəllər alimlər Saturnla bağlı bu tədqiqatları “Voyager” kosmik gəmisində yerləşdirilmiş radio dalğalarını ölçən cihaz vasitəsilə aparırdılar. 1980-ci ildən 2000-ci ilədək radiosiqnallar bu gəmidən, daha sonra isə “Cassini” zondundan alınıb. 1993-cü ildə astronomlar Mark Marli və Kerolayn Porko ilk dəfə Saturn planetinin seysmik aktivliyini ölçüblər və müəyyən ediblər ki, onun ətrafındakı nazik halqalar qravitasiyanın gücünün göstəricisidir. Fırlanma zamanı planetdən çıxan qazlar isə halqaların üzərində bulud təbəqəsi yaradır.

Bütün bu məlumatların əsasında NASA 2017-ci ildə kosmosa yeni missiya göndərib. “Cassini” zondundan alınan fotoşəkilləri təhlil edən və siqnalları ölçən Mankoviçin qrupu Saturnun fırlanması zamanı buludların altında halqaların sayını və sürətini ölçə biliblər. Astronom bununla əlaqədar deyib: “Biz bu nəhəng qaz planetinin daha mükəmməl mənzərəsini yarada bildik və halqaların fırlanması barədə müfəssəl məlumat əldə etdik. Sərt top kimi fırlanan bu qaz planeti soğan qabığının qatları kimidir və hər bir qatın özünün fırlanma sürəti var”.

Mankoviçin tədqiqat qrupu hazırda NASA-nın Kaliforniyadakı Moffet bazasında fəaliyyətini davam etdirir. Astronomlar “soğan qabığının” qatlarını öyrənməyə çalışırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.