DÜNYA


“Saudi Aramco” Rusiyadakı LNG layihəsinə qoşulmaq istəyir

Bakı, 10 noyabr, AZƏRTAC

Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” Rusiyadakı mayeləşdirilmiş təbii qaz (LNG) layihəsinin səhmdarı olmaq niyyətindədir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə “Saudi Aramco”nun baş icraçı direktoru Amin Al Nasser deyib.

O bildirib ki, “Saudi Aramco” Rusiyanın “Novatek” qaz şirkətinin “Arctic LNG 2” layihəsinin səhmdarı olmaq üçün yaxın vaxtlarda müvafiq müqaviləni imzalamağı planlaşdırır. Müqavilə üzrə danışıqlar qarşıdakı günlərdə tamamlanacaq.

Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih isə daha əvvəl təqribən 5 milyard dollar sərmayə yatıraraq “Arctic LNG 2” layihəsinin ən böyük ikinci səhmdarı olmaq istədiklərini bildirmişdi.

Qeyd edək ki, “Arctic LNG 2” layihəsinin ümumilikdə 25,5 milyard dollara başa gəlməsi və 2023-cü ildən etibarən illik təxminən 20 milyon ton LNG istehsal edilməsi nəzərdə tutulur.

Bundan başqa, Fransanın “Total” neft-qaz şirkəti də may ayında layihənin 10 faizlik səhmdarı olub.

Mərkəzi ofisi Səudiyyə Ərəbistanının Zəhra şəhərində yerləşən şirkət ilk neft quyusunu 1935-ci ildə qazıb. Şirkətin 261 milyard barrel nefti var və bu rəqəm ABŞ-ın ən böyük neft şirkəti “ExxonMobile”nin həcmlərindən 10 dəfə çoxdur. Dünyada hasil edilən hər 8 barrel neftdən birini “Saudi Aramco” çıxarır. Şirkətdə təxminən 51 min Səudiyyə Ərəbistanı vətəndaşı və 10 min 300 əcnəbi çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.