DÜNYA


“Saudi Aramco” bazar dəyərinə görə “Apple” şirkətini geridə qoyub

Bakı, 15 sentyabr, AZƏRTAC

Səudiyyə Ərəbistanının milli neft şirkəti olan “Saudi Aramco” texnologiya satışları nəticəsində bazar dəyərinə görə “Apple” şirkətini geridə qoyub.

AZƏRTAC xəbər verir ki, “Saudi Aramco” yenidən dünyanın ən dəyərli şirkəti olub. Neftin qiymətinin 40 dollardan aşağı düşməsinə baxmayaraq, “Aramco”nun səhmlərinin qiyməti bu ay Ər-Riyad birjasında 1,1 faiz artıb.

Bazar dəyəri 2,3 trilyon dollardan 1,9 trilyon dollara düşən “Apple” şirkətinin səhmləri isə sentyabrda təxminən 17 faiz dəyər itirib.

Qeyd edək ki, dünyada bazar dəyəri 2 trilyon dollara çatan iki şirkət “Apple” və “Aramco”dur. Dünyanın ən böyük neft şirkəti olan “Aramco” səhmlərinin ilkin kütləvi yerləşdirilməsindən sonra bazar dəyərini artırıb.

Mərkəzi ofisi Səudiyyə Ərəbistanının Zəhra şəhərində yerləşən şirkət ilk neft quyusunu 1935-ci ildə qazıb. Şirkətin 261 milyard barrel nefti var və bu rəqəm ABŞ-ın ən böyük neft şirkəti “ExxonMobile”nin həcmlərindən 10 dəfə çoxdur. Dünyada hasil edilən hər 8 barrel neftdən birini “Saudi Aramco” çıxarır. Şirkətdə təxminən 51 min Səudiyyə Ərəbistanı vətəndaşı və 10 min 300 əcnəbi çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.