DÜNYA


“Saudi Aramco” növbəti 10 ildə 250 milyard dollarlıq sərmayə qoyuluşu həyata keçirəcək

Bakı, 27 noyabr, AZƏRTAC 

Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” qarşıdakı 10 ildə 250 milyard dollarlıq sərmayə qoyuluşu həyata keçirəcək.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə “Saudi Aramco”nun baş icraçı direktoru Amin Al Nasser Dubayda keçirilən konfransda deyib.

O bildirib ki, “Saudi Aramco”nun növbəti 10 illik təbii qaz proqramında 150 milyard dollarlıq sərmayə qoyuluşu nəzərdə tutulub. Şirkət hazırkı - gündəlik 14 milyard kubmetr olan təbii qaz hasilatını 23 milyard kubmetrə çatıracaq.

“Aramco” qeyd edilən dövrdə qlobal miqyasda kimya məhsulları sahəsinə də 100 milyard dollar sərmayə yatıracaq.

Qeyd edək ki, mərkəzi ofisi Səudiyyə Ərəbistanının Zəhra şəhərində yerləşən şirkət ilk neft quyusunu 1935-ci ildə qazıb. Şirkətin 261 milyard barrel nefti var və bu rəqəm ABŞ-ın ən böyük neft şirkəti “ExxonMobile”nin həcmlərindən 10 dəfə çoxdur. Dünyada hasil edilən hər 8 barrel neftdən birini “Saudi Aramco” çıxarır. Şirkətdə təxminən 51 min Səudiyyə Ərəbistanı vətəndaşı və 10 min 300 əcnəbi çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.