DÜNYA


“Saudi Aramco” səhmlərinin 0,5 faizini fərdi investorlara təklif edəcək

Bakı, 12 noyabr, AZƏRTAC

Səudiyyə Ərəbistanının “Saudi Aramco” milli neft şirkətinin səhmlərinin ilkin kütləvi yerləşdirilməsi (IPO) bu ay keçiriləcək. Neft nəhəngi həftə sonunda səhmlərinin 0,5 faizini fərdi investorlara təklif edəcək.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “Aramco” səudiyyəli investorları Ər-Riyad birjasına cəlb etmək niyyətindədir. “Saudi Aramco”nun İPO-su pərakəndə investorların Riyad birjasına qayıtmasına səbəb ola bilər.

“Aramco” 1,5 trilyon dollar səviyyəsində dəyər qazanacağı təqdirdə Səudiyyə Ərəbistanının hədəf dairəsindən aşağıda qalacaq.

Ekspertlərə görə, fərdi investorlar üçün ayrılan hissə təxminən 7,5 milyard dollar ola bilər.

Qeyd edək ki, ötən ayın ortalarında şirkət IPO-nu üçüncü rüb üzrə maliyyə göstəriciləri açıqlananadək təxirə saldığını açıqlayıb. Maliyyə nəticələri açıqlandıqdan sonra investorların şirkətə etimadının artacağı və kütləvi təklif iştirakçılarının sayının çoxalacağı gözlənilirdi.

“Aramco”nun IPO üçün 20-dək milli və beynəlxalq maliyyə qurumu ilə iş aparılır. Şirkətin səhmlərinin 2 faizinin Səudiyyə Ərəbistanının “Tadawul” birjasında satışa çıxarılması planlaşdırır. 2020-2021-ci illərdə isə səhmlərin 3 faizlik hissəsi beynəlxalq bazarlarda satışa çıxarılacaq.

Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salman Al Saud IPO-dan sonra “Aramco”nun dəyərinin 2 trilyon dollara çatacağını gözləyir. Bankların proqnozuna görə isə bu rəqəm 1,5 trilyon dollar olacaq.

Şirkətin səhmlərinin 5 faizini özəlləşdirərək 100 milyard dollar gəlir əldə edilməsi hədəflənir. “Saudi Aramco” Böyük Britaniyanın maliyyələşdirdiyi 2 milyard dollarlıq fond üçün ABŞ-ın “Citi” investisiya bankı ilə razılaşıb və bu çərçivədə “Citi bank” həmin fondu idarə edəcək. “Aramco” daha əvvəl “JPMorgan Chase & Co”, “Morgan Stanley” və “HSBC” ilə məsləhətləşmələr üçün razılaşıb. “Aramco” bazar payını artıracağı təqdirdə hazırda təxminən 900 milyard dollarla dünyanın ən dəyərli şirkəti olan “Apple” korporasiyasını geridə qoyması nəzərdə tutulur.

Mərkəzi ofisi Səudiyyə Ərəbistanının Zəhra şəhərində yerləşən şirkət ilk neft quyusunu 1935-ci ildə qazıb. Şirkətin 261 milyard barrel nefti var və bu rəqəm ABŞ-ın ən böyük neft şirkəti “ExxonMobile”nin həcmlərindən 10 dəfə çoxdur. Dünyada hasil edilən hər 8 barrel neftdən birini “Saudi Aramco” çıxarır. Şirkətdə təxminən 51 min Səudiyyə Ərəbistanı vətəndaşı və 10 min 300 əcnəbi çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.