DÜNYA
“Saudi Aramco”nun prezidenti “Forbes”in versiyası üzrə Yaxın Şərqin ən yaxşı icraçı direktorudur
Qahirə, 7 iyul, AZƏRTAC
“Saudi Aramco” neft şirkətinin prezidenti Amin Nasser “Forbes” jurnalının tərtib etdiyi Yaxın Şərqin ən yaxşı icraçı direktorları siyahısında birinci olub. Səudiyyə Ərəbistanının bu şirkəti 2015-ci ildən bəri dünya bazarlarına ən çox xam neft ixrac edir. A.Nasser, eyni zamanda, Dünya İqtisadi Forumu İdarə Heyətinin üzvü və “JP Morgan” beynəlxalq şirkətinin müşaviridir.
AZƏRTAC xəbər verir ki, Yaxı Şərqin 100 ən uğurlu şirkətinin icraçı direktorlarının daxil olduğu siyahıda ikinci yeri Birləşmiş Ərəb Əmirliklərinin sənaye naziri və Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) rəhbəri Sultan bin Əhməd əl-Caber tutub. “Forbes”in reytinq cədvəlində üçüncü yerdə isə Dubay Mülki Aviasiya İdarəsinin sədri və “Emirates” aviaşirkətinin icraçı direktoru Şeyx Əhməd bin Saed Al Maktum qərarlaşıb.
Siyahıda 26 Yaxın Şərq ölkəsində neft-qaz, bank-maliyyə, nəqliyyat və inşaat sektorlarında fəaliyyət göstərən iri şirkətlərin icraçı direktorları yer alıblar. Əsas meyarlar isə onların rəhbərlik etdikləri kompaniyaların son illər ərzində böyümə templəri olub.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]