DÜNYA


Şavkat Mirziyoyev: Özbəkistan Transəfqanıstan dəmir yolunun inşasına böyük önəm verir

Daşkənd, 19 aprel, AZƏRTAC

Özbəkistan Transəfqanıstan dəmir yolunun inşasına böyük önəm verir.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Səmərqənd şəhərinə səfəri zamanı jurnalistlərlə görüşündə bildirib.

Dövlət başçısı deyib ki, Özbəkistan, Əfqanıstan və Pakistanın həyata keçirəcəyi 600 kilometr uzunluğu olan Transəfqanıstan-Məzari Şərif-Kabil-Peşəvər dəmiryol dəhlizi ilə bağlı məsələləri Pakistanın Baş naziri İmran Xan və Əfqanıstan Prezidenti Əşrəf Qani ilə bir neçə dəfə müzakirə edəndən sonra bu layihənin həyata keçirilməsinə başlanıb.

Vurğulanıb ki, bu layihəyə Rusiya və yaxın qonşu ölkələr də maraq göstərir.

Dövlət başçısı deyib ki, bu il fevralın 2-də keçirilən Özbəkistan-Əfqanıstan-Pakistan danışıqlarında bununla bağlı yol xəritəsi qəbul edilib.

Prezident bildirib ki, bu dəhliz vasitəsilə Cənubi Asiyaya ən qısa yol əldə edirik. Layihə işə düşdükdən sonra Pakistandan Özbəkistana yüklər 3-5 günə çatacaq.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.