Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Şaxələndirilmiş iqtisadiyyat formalaşdıran Naxçıvan bütün sahələr üzrə əhəmiyyətli nailiyyətlərə imza atır

Naxçıvan, 9 avqust, AZƏRTAC

Heydər Əliyev ideallarına sədaqəti ilə seçilən Naxçıvan Muxtar Respublikasının davamlı iqtisadi yüksəlişi, müasir dövrün tələblərinə uyğun idarəetmə mexanizmi və aparılan məqsədyönlü, ardıcıl siyasət nəticəsində bütün sahələrdə yeni-yeni nailiyyətlər əldə edilir. Bu uğurlar muxtar respublikanın hərbi təhlükəsizlik sisteminin qurulmasında da özünü göstərir. Müasir dünya orduları səviyyəsinə və əməliyyat-taktiki baxımdan yüksək döyüş qabiliyyətinə malik olan Əlahiddə Ümumqoşun Ordunun strateji yüksəkliklərdə etibarlı müdafiə sistemi qurması bu baxımdan diqqəti cəlb edir.

Ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin nəticəsi: “Uğurlu Naxçıvan əməliyyatı”

Bu ilin may ayında ordumuzun ön xəttin dövlət sərhədi boyu 26 kilometr məsafəni əhatə edən əməliyyatı nəticəsində 7 kilometrədək dərinlikdə mühüm əhəmiyyətə malik hakim yüksəklikləri ələ keçirməsi, Şərur rayonunun işğal altındakı Günnüt kəndini azad etməsi və nəticədə, düşmənin yaşayış məntəqələrini və mühüm strateji yollarını nəzarətində saxlaması onun qüdrətinin növbəti göstəricisidir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu mühüm hadisəni “Uğurlu Naxçıvan əməliyyatı” adlandırıb. Ali Baş Komandan deyib: “Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağı bu bayram ərəfəsində - keçən ay Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində azad edildi. Çox böyük mühəndislik və kəşfiyyat işləri aparıldı. Naxçıvan əməliyyatı yüksək məharətlə, peşəkarlıqla həyata keçirildi. Azərbaycan hərbçisi bir daha qəhrəmanlıq, rəşadət göstərmişdir. Biz strateji yüksəklikləri zəbt etdik. Biz indi strateji kommunikasiya yollarını nəzarət altında saxlayırıq. Naxçıvan əməliyyatı bir daha onu göstərdi ki, Azərbaycan Ordusu güclü ordudur. Bir daha onu göstərdi ki, biz istənilən vəzifəni icra edə bilərik və icra edirik, böyük məharətlə və peşəkarlıqla”.

İyulun 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov işğaldan azad edilən Günnüt kəndindəki hərbi hissədə olub, burada xidmət keçən əsgər və zabitlərlə görüşüb.

Ali Məclisin Sədri əsgərləri salamlayıb, Azərbaycan Xalq Cümhuriyyəti və Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə şəxsi heyəti təbrik edib. Ali Məclisin Sədri deyib: “Ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasında da ardıcıl və sistemli şəkildə icra olunmaqdadır. Əlahiddə Ümumqoşun Ordu və Silahlı Qüvvələrimizin muxtar respublika ərazisindəki birləşmə və hissələri böyük təşkilatlanma və inkişaf yolu keçmiş, şəxsi heyət peşəkarlığını artırmışdır. Keçirilən hərbi əməliyyatlar onu deməyə əsas verir ki, muxtar respublikada torpaqlarımızı etibarlı müdafiə edən və hər an işğal altındakı torpaqlarımızı azad etməyə qadir olan güclü ordu formalaşıb. Bu yaxınlarda Əlahiddə Ümumqoşun Ordu tərəfindən Günnüt kəndi və ətraf ərazilərin nəzarət altına alınması bir daha göstərdi ki, əsgər və zabitlərimiz qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək əzmindədir”.

Ali Məclisin Sədri bu əməliyyatların həyata keçirilməsində iştirak edən hərbi hissələrin şəxsi heyətinə təşəkkür edib, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb, Günnüt əməliyyatında iştirak edən əsgər və zabitlərə hədiyyələr təqdim edib. Sonra Ali Məclisin Sədri Günnüt kəndində və ətraf ərazilərdə yerləşən postlarda olub, əsgər və zabitlərlə görüşüb, onlara hədiyyələr təqdim edib, xidmətin təşkili ilə maraqlanıb, ərazidə müdafiənin təşkili və mövqelərin möhkəmləndirilməsi barədə tapşırıqlar verib. Ön xətdə yerləşən digər postlarda şəxsi heyətlə görüşən Ali Məclisin Sədri göstərdikləri şücaətə görə əsgər və zabitləri təbrik edib, onlara təşəkkürünü bildirib.

Muxtar respublika rəhbəri dayaq məntəqələrində xidmət aparan hərbi qulluqçularla görüşüb, onları təbrik edərək deyib: “Vaxtilə bu ərazilər ermənilər tərəfindən işğal olunmuş, Günnüt kəndində yaşayış yerləri dağıdılmışdır. Lakin uğurlu əməliyyatlardan sonra 10 min hektardan artıq əkinəyararlı torpaqlar nəzarət altına keçmişdir. Bu, Azərbaycan ordusunun gücünün və şəxsi heyət arasındakı ruh yüksəkliyinin göstəricisidir. O ordu güclü deyil ki, onun çoxlu silah-sursatı vardır. O ordu güclüdür ki, onun əsgərlərinin döyüş ruhu yüksəkdir. Keçirilən əməliyyatlar Azərbaycan ordusunun döyüş ruhunu göstərdi. İtki verilmədən torpaqlarımız geri alındı”.

Sonra Ali Məclisin Sədri bölük mərkəzində hərbçilərimizlə və daha sonra ön xətdə tikinti işlərini həyata keçirən heyətlə də görüşüb, çətin dağlıq şəraitdə xidmətin nümunəvi təşkili üçün yaratdıqları şəraitə görə onlara təşəkkür edib.

Həmin gün Ali Məclisin Sədri Qızılqaya yüksəkliyinə və müşahidə məntəqəsinə gəlib, mövqelərimizin vəziyyəti ilə tanış olub.

Bu gün cəmiyyətimiz əmindir ki, Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında dövlətimiz əsgər və zabitlərimizin hərbi xidmət şəraiti ilə maraqlanır, onlardan qayğısını əsirgəmir. Ali Məclis Sədrinin dəfələrlə təmas xəttində olması da bunun bariz nümunəsidir. Muxtar respublika rəhbərinin əsgər və zabitlərimizlə hər görüşü onlarda çox böyük ruh yüksəkliyi yaradır, hərbçilərimiz qüdrətli dövlətimizin dəstəyini daim hiss edir, bu isə onların döyüş ruhunu yüksəldir.

İşğaldan azad edilən Günnüt kəndində təsərrüfat sahibləri üçün hərtərəfli şərait yaradılıb

Günnüt kəndinin və ətraf ərazilərin ordumuzun nəzarəti altına keçməsi bu torpaqlardan səmərəli istifadə etməyə imkan yaradıb. Sərhəddə yerləşən bu yerlərin etibarlı müdafiəsi, zəngin bitki örtüyü arıçılıq, maldarlıq və heyvandarlıqla məşğul olanlar üçün çox əlverişlidir. Artıq Şərur rayonunun Günnüt kəndinin ərazisində bu imkanlardan səmərəli istifadə edirlər.

İyulun 3-də Ali Məclisin Sədri Günnüt kəndindəki arıçılarla görüşüb. Ali Məclisin Sədri arıçıları salamlayaraq deyib: “Vaxtilə Günnüt öz balı ilə məşhur idi. Bu gün ərazidən istifadə etmək üçün lazımi şərait yaradılıb. Torpaqlarımız müdafiə olunur, yeni yol çəkilib. Bu torpaqlar kənd təsərrüfatı üçün yararlıdır. Arıçılar və təsərrüfatla məşğul olanlar bu imkanlardan lazımınca istifadə etməlidirlər”.

Ali Məclisin Sədri Günnüt kəndində bundan sonra da təsərrüfat sahibləri üçün hərtərəfli şəraitin yaradılacağını bildirib, arıçılara təşəkkür edib.

Tarixi dövlətçilik ənənələrimizin qorunduğu Naxçıvanda qədim abidələrimiz bərpa edilir

Bu gün muxtar respublikamızda tarixi abidələrin bərpası diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il 4 iyul tarixli Sərəncamına uyğun olaraq Kəngərli rayonunun Qarabağlar kəndindəki türk-islam mədəniyyətinin nadir nümunələrindən olan Qarabağlar Türbə Kompleksi elmi və tarixi əsaslarla bərpa edilib.

İyulun 5-də Qarabağlar Türbə Kompleksinin bərpadan sonra istifadəyə verilməsi münasibətilə keçirilən tədbirdə Ali Məclisin Sədri çıxış edərək deyib: “Muxtar respublika ərazisindəki tarixi abidələr – qalalar, saraylar və türbələr dövlətçilik tariximizlə birbaşa bağlıdır. On ikinci əsrdə Azərbaycan Atabəylər dövləti paytaxt şəhər kimi Naxçıvanda mədəniyyətin, xüsusilə Əcəmi Naxçıvani sənətinin inkişafına təkan vermiş, dünya əhəmiyyətli abidələr yaradılmışdır. Açılışına toplaşdığımız Qarabağlar Türbə Kompleksi də Əcəmi Naxçıvani memarlıq məktəbinin davamı, görkəmli memar Əhməd Naxçıvani yaradıcılığının nümunəsi olmaqla, bugünkü və gələcək nəsillərə təqdim etdiyimiz dövlətçilik irsimiz və mədəni sərvətimizdir. Abidələr o vaxt tarixin predmetinə çevrilirlər ki, onlar bərpa və tədqiq olunsunlar. Bu gün biz abidələri təkcə mədəni irsimiz kimi yox, həm də dövlətçilik tariximizin bir hissəsi kimi öyrənməliyik”.

Ali Məclisin Sədri “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” və “Rəşadətli əməyə görə” nişanlarını və vəsiqələrini təltif olunanlara təqdim edib, Qarabağlar Türbə Kompleksinin bərpaçılarına hədiyyələr verib.

Sonra Ali Məclisin Sədri və tədbir iştirakçıları Qarabağlar Türbə Kompleksinə baxıblar. Ali Məclisin Sədri kompleksin internet saytının hazırlanması və məlumatlarla zənginləşdirilməsi, onun muzeylər şəbəkəsinə daxil edilməsi, abidə haqqında elmi araşdırmaların aparılması, mono¬qrafiya və kitabların yazılması barədə tapşırıqlar verib.

Beləliklə, Azərbaycanın qədim tarixinin bir parçası, canlı şahidi olan dünya əhəmiyyətli möhtəşəm abidəyə yenidən həyat bəxş edilib. Bu məqamda qeyd edək ki, şanlı dövlətçilik tariximizin nümunəsi olan həmin memarlıq incisi tarixə qovuşmaq üzrə idi. Muxtar respublika rəhbərinin diqqət və qayğısı sayəsində həmin abidə də Əlincəqala, Möminə xatın, Gülüstan və ümumilikdə, 70-ə yaxın tarix və mədəniyyət abidəsi kimi bərpa olunaraq Azərbaycan xalqına ərməğan edilib. Türbə kompleksi bərpa olunduğu müddətdə Ali Məclisin Sədri dəfələrlə Qarabağlar kəndinə gələrək görülən işlərlə yerindəcə maraqlanıb, işlərin lazımi səviyyədə aparılması üçün müvafiq tapşırıqlar verib. Bu, dövlətimizin tarixi keçmişimizə göstərdiyi böyük diqqətin növbəti nümunəsidir. Bu diqqət Azərbaycanın dövlətçilik tarixinin simvolu olan, lakin yox olmaq təhlükəsi ilə üzləşən abidələrə göstəriləndə isə daha möhtəşəm olur.

Kompleks quruculuq işləri uğurla aparılır

Kəngərli rayonunun Qıvraq qəsəbəsi kompleks quruculuq işlərindən sonra müasir görkəm alıb. İstifadəyə verilən sosial obyektlər, yaradılan istehsal müəssisələri qəsəbənin simasını tamamilə dəyişib, sakinlərin rahat yaşayışı təmin olunub, məskunlaşma artıb. Həyata keçirilən tədbirlərin davamı olaraq bu il Qıvraq qəsəbəsində gənc ailələr üçün zirzəmi ilə birlikdə 7 mərtəbədən, 48 mənzildən ibarət yeni yaşayış binası tikilir.

İyulun 5-də Ali Məclisin Sədri yaşayış binasında görülən işlərlə tanış olub.

Muxtar respublikada ordu quruculuğu sahəsində görülən işlər içərisində hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması xüsusi yer tutur. Hərbi hissələrdə istifadəyə verilən yeni yaşayış binaları zabit-gizir ailələrinin rahat yaşayışını təmin edir. Bu il də Kəngərli rayonunun Qıvraq qəsəbəsindəki hərbi hissədə zabit-gizir ailələri üçün 44 mənzildən ibarət 5 mərtəbəli yeni yaşayış binası tikilir.

Həmin gün Ali Məclisin Sədri binada aparılan tikinti işləri ilə maraqlanıb.

Nəqliyyat sektoru inkişaf etdirilir

Muxtar respublikada nəqliyyatın inkişafı sahəsində kompleks tədbirlər görülür. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, Naxçıvanın bütün yaşayış məntəqələri marşrutlarla təmin olunub. Hazırda muxtar respublikada 139 marşrut xəttində 400-ə yaxın avtobusla sərnişindaşıma xidməti həyata keçirilir. Bütün bunlar da əhalinin rahat və təhlükəsiz hərəkətinin təmin olunmasına imkan verir. Görülən işlər çərçivəsində iyulun 12-də Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə 5 yeni avtobus təqdim olunub.

Ali Məclisin Sədri bununla əlaqədar keçirilən tədbirdə avtobusların xəttə buraxılması və yeni iş yerlərinin açılması münasibətilə kollektivi və sürücüləri təbrik edib, açarları sürücülərə təqdim edib, avtobuslara baxıb.

Dövlətinə və xalqına sədaqətlə xidmət edənlərin əməyi daim yüksək qiymətləndirilir

Bu gün hər bir muxtar respublika sakini ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət nümayiş etdirərək qədim diyarın inkişafına öz töhfəsini verir. Dövlətinə və xalqına sədaqətlə xidmət edən vətənpərvər insanların əməyi isə daim yüksək qiymətləndirilir, onlar ölkəmizin müxtəlif orden, medal və fəxri adları ilə təltif olunurlar. İyulun 13-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Azərbaycan Respublikasının orden və medallarının, eləcə də Azərbaycan Respublikasının fəxri adlarının döş nişanlarının və vəsiqələrinin təqdimat mərasimi keçirilib.

Ali Məclisin Sədri Azərbaycan Respublikasının orden və medallarını, Azərbaycan Respublikasının fəxri adlarının döş nişanlarını və vəsiqələrini təltif olunanlara təqdim edib.

Sürətli sosial-iqtisadi inkişaf davam etdirilir, yeni-yeni nailiyyətlər əldə olunur

Naxçıvan Muxtar Respublikasının sürətli sosial-iqtisadi inkişafı bu ilin birinci yarısında da davam edib. Məhz bunun nəticəsidir ki, birinci yarımildə ümumi daxili məhsul istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 1,4 faiz artaraq 1 milyard 246 milyon manatdan çox olub. İstehsal olunan sənaye məhsulunun 96 faizə yaxını qeyri-dövlət sektorunun payına düşməsi sahibkarlığa göstərilən yüksək dövlət qayğısının təzahürüdür. Cari ilin ötən dövründə fəaliyyətə başlayan yeni sənaye müəssisələrində 10 növdə 163 çeşiddə məhsulun istehsal olunması daxili bazarda yerli istehsalın çəkisini xeyli artırıb və qiymətlərin tənzimlənməsinə şərait yaradıb. Muxtar respublikada qızıl-gümüş zinət əşyaları, plastik boru, profil və aksesuarlar, istixana kompleksi, heyvandarlıq, arıçılıq, quşçuluq, balıqçılıq təsərrüfatlarını əhatə edən 5-i özəl investisiyalı olmaqla, 29 istehsal və xidmət sahəsinin yaradılması, Sahibkarlığa Kömək Fondu tərəfindən 23 layihənin maliyyələşdirilməsinə 5 milyon 735 min 800 manat həcmində güzəştli kreditlərin ayrılması, 12 ailə təsərrüfatına 145 min manat dövlət maliyyə dəstəyinin göstərilməsi də sahibkarlığın inkişafı üçün stimullaşdırıcı tədbirlərin həyata keçirildiyini təsdiq edir. Bu dövrdə muxtar respublikada infrastruktur quruculuğu tədbirləri davam etdirilib, bütün maliyyə mənbələri hesabına əsas kapitala 548 milyon manata yaxın vəsait yönəldilib, 93 obyekt istifadəyə verilib. 1364 yeni iş yerinin açılması, bunun da 98,3 faizinin daimi iş yerləri olması əhalinin məşğulluğunun artırılması və sosial rifah səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlərin tərkib hissəsidir. Ötən 6 ayda muxtar respublikaya 195 min 886 turist gəlib. İqtisadi və sosial sahələrdə qazanılmış uğurlar demoqrafik vəziyyətin daha da yaxşılaşmasına səbəb olub, əhalinin sayı 454 min nəfəri ötüb.

Muxtar respublikanın inkişafının yüksələn xətt üzrə davam etdiyini göstərən bu və digər əhəmiyyətli faktlar iyulun 14-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında da qeyd olunub.

Sessiyada məruzə ilə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “2018-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi həyatın bütün sahələrində dinamik inkişaf qorunub saxlanmışdır. Bu inkişafın təməlində ümummilli lider Heydər Əliyevin 1969-cu il iyulun 14-dən əsasını qoyduğu quruculuq xəttinin davam etdirilməsi dayanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin may ayında Naxçıvan Muxtar Respublikasına səfəri zamanı görülmüş işlər barədə demişdir: “Naxçıvan abadlaşır, gözəlləşir, çox böyük quruculuq, yaşıllaşdırma işləri aparılır. Binalar təmir olunur, yeni gözəl binalar tikilir. Naxçıvanın uğurlu inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır”.

Ali Məclisin Sədri 2018-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında əməyi, sabitliyin və təhlükəsizliyin qorunmasında xidməti olanlara təşəkkürünü bildirib.

Turizmin bütün növlərinin inkişafı diqqət mərkəzindədir

Geniş turizm potensialına malik olan Şahbuz rayonunun Ağbulaq kəndinin əlverişli təbii-coğrafi şəraiti burada turizmin bir çox növünün inkişafına imkan verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Ağbulaqda kənd və dağ-xizək turizminin inkişafı üçün kompleks işlər görülür. İyulun 17-də Ağbulaq kəndində Xizək Mərkəzinin təməlqoyma mərasimi olub.

Naxçıvan Muxtar Respublikası Ali ¬Məclisinin Sədri Vasif Talıbov və Fransanın “MND” şirkətinin mühəndisi Xavier Goya beton qarışığını bünövrəyə tökərək mərkəzin təməlini qoyublar.

Ali Məclisin Sədri tikinti işləri aparılarkən keyfiyyət amilinin əsas götürülməsi və mühəndis-texniki tələblərə əməl edilməsi, təbiətə ziyan vurulmaması və yaşıllıqların qorunması barədə tapşırıqlar verib.

Həmin gün Ali Məclisin Sədri Ağbulaq kəndində turizmin inkişafı sahəsində həyata keçirilən digər tədbirlərlə də maraqlanıb, abadlaşan kənd evlərində olub, sakinlərlə görüşüb, kənddə aparılan abadlıq işlərinin davam etdirilməsi, yaradılan şəraitdən səmərəli istifadə olunması və payız aylarında iməciliklərin keçirilməsi ilə bağlı tapşırıqlar verib.

Müasir kənd təsərrüfatı texnikaları alınıb, Yeni Nəsil Telekommunikasiya Sistemi istifadəyə verilib

Bu gün muxtar respublikada aqrar sahədə kompleks islahatlar həyata keçirilir, hər il Naxçıvana yeni kənd təsərrüfatı texnikaları alınıb gətirilir.

İyulun 21-də Ali Məclisin Sədri “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınıb gətirilən yeni kənd təsərrüfatı texnikalarına baxıb.

Məlumat verilib ki, bu il muxtar respublikaya 79 yeni texnika və avadanlıq alınıb gətirilib.

Bu gün muxtar respublikada tam kəsintisiz telekommunikasiya sistemi mövcuddur. Bütün yaşayış məntəqələri genişzolaqlı sabit və 4-cü nəsil mobil internet xidmətləri ilə təmin edilib. 2010-cu ildən muxtar respublika ərazisində mövcud telefon sisteminin rekonstruksiyasına başlanılıb. Bu günə qədər layihənin 4 mərhələsi başa çatdırılıb. Ordubad rayonu ərazisində mövcud avtomat telefon stansiyalarının rekonstruksiyası da bu sahədə görülən işlərin davamıdır.

İyulun 27-də Ordubad rayonunda Rabitə Evi və Yeni Nəsil Telekommunikasiya Sistemi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali ¬Məclisinin Sədri Vasif Talıbov və “Huawei” şirkətinin Mərkəzi Asiya və Qafqaz ölkələri üzrə vitse-prezidenti James Chen açılışı bildirən lenti kəsiblər.

Ali Məclisin Sədri Ordubad rayonunda Rabitə Evinin və 11 min 300-dən artıq nömrə tutumu olan 35 yeni nəsil telefon stansiyasının istifadəyə verilməsini əlamətdar hadisə kimi dəyərləndirib, bu münasibətlə Ordubad ¬rayonunun əhalisini təbrik edərək deyib: “Ölkəmizdə bütün sahələr inkişaf edir. Bu inkişafın nəticəsidir ki, Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasında öz layiqli yerini tutmuşdur. Ordubad rayonunda istifadəyə verilən yeni nəsil telefon stansiyaları dünya səviyyəli şirkət olan “Huawei” şirkətinin ən müasir avadanlıqları hesabına qurulmuşdur. Bu da ölkəmizin inkişafının göstəricisidir. Bu inkişafa isə ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi xəttin ölkə Prezidenti tərəfindən uğurla davam etdirilməsi nəticəsində nail olunmuşdur. Çünki ölkəmizdə iqtisadi inkişaf, sabitlik və dövlətin sosialyönümlü siyasəti olmasaydı, bu işləri həyata keçirmək də mümkün olmazdı”.

Sonra Ali Məclisin Sədri binada yaradılan şəraitlə maraqlanıb, Ordubad rayonu ərazisində qurulan Yeni Nəsil Telekommunikasiya Sistemini işə salıb.

Ali Məclisin Sədri bina ilə tanışlıqdan sonra kollektivlə görüşüb, yaradılan şəraitdən səmərəli istifadə olunması ilə bağlı müvafiq tapşırıqlar verib.

Ordubadda istər müasir binanın tikilib istifadəyə verilməsi, istərsə də yeni nəsil telekommunikasiya sistemlərinin qurulması muxtar respublikada rabitənin inkişafına göstərilən qayğının ifadəsidir. Artıq rayonun bütün yaşayış məntəqələrində insanlar ən müasir rabitə xidmətindən istifadə edəcəklər. Bu isə o deməkdir ki, Ordubadın timsalında muxtar respublikamızda, ümumilikdə, insan amilinə böyük dəyər verilir.

Muxtar respublikada bütün sahələrdə hərtərəfli inkişaf təmin olunub

Ötən ayın mənzərəsinə nəzər yetirdikdə bir daha əminlik yaranır ki, muxtar respublikada bütün sahələrdə hərtərəfli inkişaf təmin olunub. Bu inkişafın qədim diyarın bütün bölgələrini, hətta ən ucqar dağ kəndlərini belə əhatə etməsi həyata keçirilən sosial-iqtisadi siyasətin əsas xəttini təşkil edir. Bu siyasətin strateji məqsədi isə sosialyönümlü, şaxələndirilmiş, özünüinkişaf qabiliyyətli iqtisadiyyatın qurulmasıdır. İnkişafın keyfiyyətcə yeni mərhələsi adekvat olaraq bütün sahələrdə modernləşməyə əsaslı təkan verib. Müasir Naxçıvan Ulu Öndərin dövlətçilik ideallarının işığında yaradıcı təfəkkürün real və möhtəşəm nəticələri əsasında ardıcıl olaraq davamlı şəkildə inkişaf edən bir diyar kimi şan-şöhrət qazanmaqda, bütün istiqamətlərdə zəfər yürüşünü davam etdirməkdədir.

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Bakı Dövlət Universitetində Novruz şənliyi

Yens Stoltenberq: NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq VİDEO

Beynəlxalq mətbuat Azərbaycan Prezidentinin NATO-nun Baş katibi ilə görüşündən yazır

“Ailəm könüllüləri” proqramının könüllüləri mükafatlandırılıb

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus BAMF-da olub

Azərbaycan icması Böyük Britaniya Parlamentinə etiraz məktubu göndərib

Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 100 illik yubileyi qeyd olunub

Hikmət Hacıyev: Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var VİDEO

Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib VİDEO

Ağdamda Bahar bayramı şənliyi keçirilib

Bakının Dəmir yolu vağzalında keçirilən oftalmoloji aksiya zamanı 120 nəfər müayinə olunub 

Monitorinq Mərkəzi Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirib

M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri İstanbulda səhnələşdiriləcək

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat elan edilib

Azərbaycan səfiri Çanaqqala Zəfərinin 109-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə iştirak edib

İsveçrənin ölkəmizdəki səfiri ilə COP29 ətrafında fikir mübadiləsi aparılıb

Avropa dövlətləri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu hissəsinin işə salınmasında maraqlıdırlar

Milli Kitabxanada “Tale şairi: Məmməd İsmayıl” adlı kitabın təqdimat mərasimi olub

® “Beyin ölümü diaqnozunun təyininə multidisiplinar yanaşma” mövzusunda seminar keçiriləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Xocavəndlilər baharın gəlişini yüksək əhvali-ruhiyyə ilə qeyd edirlər

“Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işçilərinin say həddinin təsdiq edilməsi və əməkhaqqı fondunun müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 309 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

QAÇQINKOM-un sədri Siyəzəndə vətəndaşların müraciətlərini dinləyib

Bakı Kitab Mərkəzi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi təşkil edib

“İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli 387 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

“Müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının yerinə yetirilməsi ilə bağlı sifarişçinin keçirdiyi müsabiqədə iştiraka görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Beynəlxalq müsabiqədə qalib gələn tələbələrə diplomlar təqdim edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 256 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

UNEC kollektivi bu il də Novruz bayramını ahıl sakinlərlə qeyd etdi

Hakim partiyaların fəal dialoqu Azərbaycan-Çin münasibətlərinin inkişafına böyük töhfələr verir

“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb

Azərbaycanda “Elektron kommunikasiya haqqında” qanun layihəsi hazırlanır

Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olunub

MEK Özbəkistanda türkdilli xalqlara həsr edilmiş beynəlxalq konfransda təmsil olunub

“Həvəsləndirmə və Biznes mükafatları” müsabiqəsi barədə məlumatlandırma görüşü keçirilib

Şəhid övladı Novruz tonqalını alovlandırdı

COP29 və elmi-texniki tərəqqi

Özbəkistan istehsal etdiyi yaşıl enerjini Azərbaycan üzərindən ixrac edəcək

Abşeronda Çanaqqala Zəfərinin 109–cu ildönümü qeyd olunub

Yens Stoltenberqin Bakı səfəri NATO-Azərbaycan münasibətlərinə töhfə verəcək – AÇIQLAMA

Qubada qaçış marafonunun qalibləri mükafatlandırılıb

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası COP29-a dəstək xarakterli təmizlik aksiyası keçirib

ANAMA: Ötən həftə 202 partlamamış hərbi sursat zərərsizləşdirilib

“İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı kitabın təqdimatı olub VİDEO

Mirzə Uluqbəy adına Füzuli şəhər tam orta məktəbdə Novruz şənliyi

Gəncədə görmə əlilliyi olan 18 yaşına çatmayan uşaqlar üçün Novruz şənliyi keçirilib

“Sumqayıt”ın legioneri: Mövsümü ikinci yerdə bitirə bilərik

Bakı hava limanı ərazisi Novruz dekorları ilə bəzədilib

Paytaxtda ödəmə terminalı və avtomobillərdən oğurluq edən şəxs saxlanılıb VİDEO

Lənkəranda yeni penitensiar kompleks cəzaçəkmə müəssisələrində sıxlığı aradan qaldırmağa xidmət edir

Bu günədək 31 mindən çox tələbə təhsil krediti alıb

Sosial Xidmətlər Agentliyi ilə Penitensiar xidmət məhkumların cəmiyyətə inteqrasiyası ilə əlaqədar əməkdaşlıq edəcəklər

“Türk sivilizasiyasının dirçəlişi” beynəlxalq elmi konfransı işə başlayıb

Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu yaradılıb

Baş konsul: Türkiyə hər zaman Azərbaycanın yanındadır

Misirdə 2500 il əvvələ aid “Zəbur” kitabı nümayiş etdirilir

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bu il daha 1500 mənzil və fərdi ev veriləcək

ADAU-da "Qadının cəmiyyətdəki rolu" mövzusunda forum keçirilib

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib

Ukrayna hökuməti PUA alınmasına 130 milyon dollar ayırıb

"Qlobal Təkrar Emal Günü”ndə “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə məlumat turu təşkil olunub VİDEO

Rusiyada səsvermə protokollarının 100 faizi hesablanıb

Martın 1-dən 15-dək 19 mindən çox vətəndaş Elm və Təhsil Nazirliyinə müraciət edib

Paytaxtın abad məhəllələrində Novruz şənliyi

AzMİU-nun əcnəbi tələbələrinin Novruz sevinci

Masallıda noxud əkini sahəsi iki dəfə artıb VİDEO

® “Coca-Cola” “2030 Su Təhlükəsizlik Strategiyası”nı təqdim edib

NATO-nun Baş katibi Gürcüstanın Baş naziri ilə görüşüb

Samuxda 2000 ağac və 1000 ədəd gül kolu əkilib

Azərbaycanın hər bir çağırışı uğurlu gələcəyə böyük stimuldur - ŞƏRH