MƏDƏNİYYƏT
“Şaxta babaya məktub”lar oxunacaq...
Bakı, 19 dekabr, AZƏRTAC
Dekabrın 25-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdindəki “Oyuq” teatr-studiyası “Şaxta babaya məktub” adlı xeyriyyə aksiyası keçirəcək.
Teatrdan AZƏRTAC-a bildirilib ki, aksiyada paytaxtın uşaq evi, internat məktəbi və sığınacaqlarında yaşayan 50-60 nəfər uşağın Şaxta babaya ünvanladıqları məktublardakı rəngarəng arzuları reallaşdırılacaq. Bir neçə gün öncədən aksiya təşkilatçılarının ünvanına göndərilən onlarla istək məktubundakı oyuncaqdan geyimə bütün əşyalar alınacaq və tədbir günü Şaxta baba tərəfindən onlara təqdim olunacaq.
Tədbir bununla məhdudlaşmayacaq və balacalarımızın sevimli səhnədəki əsas arzuları – tamaşa nümayişi də reallaşacaq. Unudulmaz günün premyerası isə maraqlı ideyası və səhnə yozumu ilə yaddaşlarda iz qoyacaq “İki meşənin nağılı” tamaşası olacaq.
Tərtibatçıları Qurban Məsimov, Səidə Haqverdiyeva, quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Vüqar Camalzadə olan bu rəngarəng tamaşada uşaqlara sevimli nağıl qəhrəmanlarının səhnə çələngi təqdim olunacaq.
İki fərqli meşədə baş verən hadisələrin fonunda balacalara sevgi və humanizm aşılayan səhnə işinin əsas ideyası “dünyanı dostluq xilas edəcək” şüarıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:14]
Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu
- 24.04.2024 [14:55]
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 24.04.2024 [12:46]
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
- 24.04.2024 [11:59]
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 24.04.2024 [11:31]
İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb
- 24.04.2024 [09:37]
Bakıda Qırğız kino günlərinin açılışı olub
- 24.04.2024 [08:00]