SİYASƏT


Sayd-Husen Maqomadov: Bir neçə insanın təqsirinə görə bütöv xalqları qarşı-qarşıya qoymaq doğru deyil

Moskva, 16 fevral, AZƏRTAC

Çeçenlər və azərbaycanlılar əsrlər boyu dostluq edir və bir-birlərini dəstəkləyirlər.

Bunu AZƏRTAC-ın müxbiri ilə söhbətində Orenburq vilayətinin Akbulak rayonundakı “Kirova” MMC kənd təsərrüfatı müəssisələrinin rəhbəri Sayd-Husen Maqomadov söyləyib.

O qeyd edib ki, Orenburqda çeçen və Azərbaycan diasporları birgə tədbirlər həyata keçirir, milli bayramları birlikdə qeyd edirlər. S.Maqomadov deyib: “Bizi ortaq tarix, dini, mədəni və qohumluq əlaqələri birləşdirir. Orenburq vilayətindəki Azərbaycan diasporunun rəhbəri Yaşar Məsimov bizi bütün tədbirlərə dəvət edir. Biz daim bir-birimizi dəstəkləyir, bir masa arxasında toplaşır və çörəyimizi paylaşırıq”.

Orenburqdakı çeçen diasporunun nümayəndəsi Moskvada çeçenlər və azərbaycanlılar arasında son hadisələri “təxribat” adlandırıb. “Kimin haqlı, kimin günahkar olduğuna yalnız hüquq-mühafizə orqanları qiymət verməlidirlər. Hesab edirəm ki, bir neçə insanın təqsirinə görə bütöv xalqları qarşı-qarşıya qoymaq, adi bir hadisəni şişirtmək doğru deyil”,- deyə o vurğulayıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.