İQTİSADİYYAT
“Schneider Electric” şirkətinin qabaqcıl texnologiyaları təqdim olunub
Bakı, 7 may, Xatirə Cəfərova, AZƏRTAC
“Schneider Electric” şirkəti enerji idarəetməsi üzrə mütəxəssis qismində 100-dən çox ölkədə fəaliyyət göstərir və çoxsaylı bazar seqmentləri üçün birləşdirilmiş həll variantları təklif edir. Bu şirkətlər qrupu kommunal xidmət və infrastruktur, sənaye sahələri və maşınqayırma müəssisələri, həm qeyri-yaşayış, həm də yaşayış binaları, məlumat mərkəzləri və şəbəkələri kimi sektorlar üzrə bazarın lideridir.
AZƏRTAC xəbər verir ki, bunu şirkətin ölkə üzrə müdiri Emrah Tekdemır şirkətin qabaqcıl texnologiyalara həsr olunmuş seminarında deyib. Emrah Tekdemır bildirib ki, neft-qaz hasilatı ilə bağlı müvafiq sazişlər imzalandıqdan sonra şirkət 1994-cü ildən Azərbaycanda fəaliyyət göstərir. “Schneider Electric” enerji hasilatı və istehsalçı məntəqələri arasındakı naqillər şəbəkəsinin bütün nöqtələrində öz həll variantları, o cümlədən kompyuter avadanlığı, kompyuter proqramları və xidmətləri vasitəsilə fəaliyyət göstərir.
E.Tekdemır Azərbaycanın davamlı inkişafını qeyd edərək, məhsuldarlığın artırılması və gələcək nəsillər üçün daha yaxşı iş mühitinin yaradılması üçün səmərəli texnologiyaların tətbiqinin əhəmiyyətini vurğulayıb.
Tədbirdə energetika, “Ağıllı” panellər, avtomatika, BMS və informasiya texnologiyaları həlləri və təklifləri haqqında məlumatlar verilib.