Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Schwäbisches Tagblatt” qəzetində Azərbaycandakı alman irsinə həsr olunmuş məqalə dərc edilib

“Schwäbisches Tagblatt” qəzetində Azərbaycandakı alman irsinə həsr olunmuş məqalə dərc edilib

Berlin, 11 yanvar, AZƏRTAC

Almaniyanın “Schwäbisches Tagblatt” qəzetində dərc edilən məqalədə 200 il öncə Roytlingen və Tübingendən olan alman ailələrinin Qafqaza köç etdikləri bildirilir.

AZƏRTAC xəbər verir ki, məqalədə 2019-cu ildə 25 nəfərlik qrupun, o cümlədən Roytlingen və Tübingendən olan ailələrin öz əcdadlarının vətənini ziyarət etmək məqsədilə Azərbaycana gəldikləri, onların əcdadlarının 1817-ci ildə Almaniyanın Vürtemberq əyalətindəki ağır vəziyyətlə əlaqədar buranı tərk etdikləri və ədalətli xristian icması yaratmaq məqsədilə Qafqaza təşrif gətirdikləri vurğulanır. Azərbaycana gələn alman ailələrinin iki ildən sonra burada Helenendorf adlı alman koloniyasının əsasını qoyduqları diqqətə çatdırılır. Kiçik Qafqazın ətəyində yerləşən Helenendorfun yerində hazırda Azərbaycanın Göygöl rayonunun olduğu, eyniadlı mərkəzi olan rayonda 20 min sakinin yaşadığı, onların böyük bir qismini Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsindən gələn məcburi köçkünlərin təşkil etdiyi bildirilir. Burada artıq almanların qalmadığı, onların hamısının Stalin tərəfindən 1941-ci ildə deportasiya olunduğu qeyd edilir.

Məqalədə almanlara məxsus arxitektura əsasında inşa edilmiş evlərdən söz açılır, onların hündür damları və böyük şüşəbəndləri ilə diqqəti cəlb etdikləri nəzərə çatdırılır. Vurğulanır ki, bəzi evlərin girişindəki divar daşlarında hələ də alman adlarına rast gəlmək mümkündür. Məqalədə şəhərdə yerləşən, 1857-ci ildə almanlar tərəfindən yeni qotik üslubda inşa edilmiş yevangelik kilsədən bəhs olunur, onun bir müddət öncə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin dəstəyilə bərpa edildiyi xatırlanır. Azərbaycan hökumətinin ötən illər ərzində alman arxitektura nümunələrinin qorunub saxlanılması üçün böyük işlər gördüyü bildirilir.

Diqqətə çatdırılır ki, Azərbaycana səfər edən qrupdakı ən yaşlı insan 86 yaşlı xanım Marqarita Raytenbaxdır. Onun əcdadı Yohan Braytenmayer 1817-ci ildə Braytenholçdan köç edərək Azərbaycana gələnlər arasında olub. M.Raytenbax Helenendorfda dünyaya gəlib və səkkiz yaşınadək orada, 1990-cı ildən etibarən isə ailəsi ilə birlikdə Almaniyanın Osnabrük (Osnabrück) şəhərində yaşayıb.

Məqalədə Helenendorf almanlarının irsi ilə məşğul olan Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının rəhbəri, professor Eva Mariya Aux tərəfindən ölkəmizdəki alman irsini əks etdirən xüsusi turizm bələdçisinin hazırlandığı, burada tarixi qəsəbə haqqında məlumat, şəkil və təsvirlərin əks olunduğu diqqətə çatdırılır. Qrupu müşayiət edən professor Auxun bələdçi barədə ətraflı məlumat verdiyi, orada göstərilən məlumatları qonaqlara əyani şəkildə nümayiş etdirdiyi bildirilir.

Qeyd olunur ki, Helenendorfa ziyarət vaxtilə burada yaşamış məşhur alman ailəsi, Yulius və Hermine Forerlərin evindən başlanıb. Hazırda regional muzeyin fəaliyyət göstərdiyi bu evə onların nəvələri - Tübingen şəhərindən Klaus Forer və Aalen şəhərindən onun qardaşı Tomas böyük həvəslə baş çəkiblər. Qrup üzvləri onlarda olan rayonun köhnə planı ilə küçələri gəziblər. Həmin planda küçələrin əvvəlki adları verilib. Qrupun üzvü Qizela Rasperin öz əcdadları Fottelerlərin evini tapıb. Evin indiki sakinləri onu “Əslində bu, Sizin evinizdir” sözləri ilə mehribancasına qarşılayıb.

Yazıda bildirilib ki, alman Kristof Forerin nəvəsi, hazırda Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan Marianna Rıbkin və oğlu Mixail də öz əcdadlarının evini ziyarət ediblər. Mariannanın anası və Kristof Forerin qızı, 1906-cı ildə Helenendorfda dünyaya gələn Elizabet Malzev 1979-cu ildən etibarən mütəmadi olaraq əcdadlarının vətəni Roytlingenə səfər edib, bir müddətdən sonra oraya köçüb və 2006-cı ildə orada vəfat edib. İndi isə Marianna və onun oğlu Mixail Kristof Forerin evini axtarıb tapıblar. M.Rıbkin əcdadlarının evinin şüşəbəndinə qalxaraq orada xatirə şəkli çəkdirib.

Məqalədə Göygöl Rayonu İcra Hakimiyyətinin başçısı Arif Seyidovun şəhərə gələn alman qonaqları salamladığı, professor Auxun Azərbaycan hökumətinin alman irsinin qorunub saxlanılmasına verdiyi töhfədən söz açdığı və bunun çox təqdirəlayiq olduğunu qeyd etdiyi diqqətə çatdırılır. Bildirilir ki, Roytlingenin mədəniyyət bölməsinin rəhbəri Verner Ströbelen 22 roytlingenli ailənin hazırkı Göygölün salınmasında iştirak etdiyini, bu iki şəhər arasında xüsusi bağlar olduğunu, o cümlədən Helenendorf və onun sakinlərinin tarixi irsini qoruyub saxlamağa çalışdığını söyləyib.

Yazıda qrupun Göygöldəki alman qəbiristanlığını ziyarət etdiyi vurğulanır, məzarların üzərindəki yazılar təsvir edilir və onlardan bəzilərinin rus dilində tərcüməsinin də olduğu bildirilir.

Müəllif Azərbaycanda sonuncu alman hesab edilən Viktor Klayndan söz açır, 1936-2007-ci illərdə yaşamış Klaynın öz evini Almaniyanın Azərbaycandakı səfirliyinə hədiyyə etdiyini, onun evində muzey yaradılmasının nəzərdə tutulduğunu diqqətə çatdırır.

Vurğulanır ki, qonaqlar şəhərdə yerləşən müqəddəs Yohannes kilsəsində keçirilən bayram ayinində iştirak ediblər. Dini ayin 200 il öncə Azərbaycana köç etmiş Vürtemberq almanlarına həsr olunub. 1936-cı ildən bəri kilsədə heç bir ayin keçirilmir, binadan sovet dövründə idman zalı kimi istifadə edilib. Hazırda burada tədbirlər və dini ayinlər alman və rus dillərində təşkil olunur.

Məqalənin sonunda almanların 200 il öncə regiona köçünün tarixinə dair məlumat verilir. Rusiya çarı Aleksandrın köçürmə siyasəti çərçivəsində Vürtemberqdəki alman kəndlilərinin Rusiyanın yeni zəbt etdiyi ərazilərinə dəvət edildiyi, onlara xüsusi imtiyazlar verildiyi, 3 koloniyanın 1818-ci ilin əvvəlində Azərbaycana gəlib çıxdığı və qışı Gəncədə keçirdiyi bildirilir. Onların saldığı qəsəbənin çar Aleksandrın bacısı Yelena Pavlovnanın şərəfinə Helenendorf adlandırıldığı vurğulanır. Koloniyanın XX əsrin əvvəlində çiçəklənmə dövrünü yaşadığı, I və II Dünya müharibələri nəticəsində buradakı bütün almanların təqib, həbs və güllələnmə ilə üzləşdikləri və deportasiya nəticəsində 1941-ci ilin oktyabr ayında Helenendorfdakı alman ailələrinin mövcudluğuna son qoyulduğu nəzərə çatdırılır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib