ELM VƏ TƏHSİL


“Science 4.0” üzrə mövcud vəziyyət, problemlər və perspektivlər tədqiq olunur

Bakı, 7 iyul, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Science 4.0” üzrə mövcud vəziyyət, problemlər və perspektivlər tədqiq olunur.

Bu barədə institutun elmi seminarında məlumat verilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Təhmasib Fətəliyev rəhbərlik etdiyi şöbədə ötən 6 ay ərzində yerinə yetirilən elmi-tədqiqat işləri haqqında məlumat verib. O, cari ildə elektron elmin formalaşması problemləri istiqamətində “Science 4.0-ın müasir vəziyyəti, problemləri və perspektivlərinin tədqiqi”, “Industry 4.0 həlləri əsasında vətəndaş elminin trendləri və inkişaf perspektivlərinin tədqiqi” mövzuları üzrə elmi tədqiqatların aparıldığını bildirib.

Şöbənin elmi-tədqiqat fəaliyyətinin nəticələri barədə danışan məruzəçi bir sıra məqalələrin çap edildiyini və elmi konfranslarda müzakirə olunduğunu qeyd edib. O, “Web of Science” elmi bazasına daxil olan məqalələr barədə ətraflı məlumat verib.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev hesabata dair təkliflərini səsləndirib. Alim e-elmin formalaşması problemləri ilə bağlı tədqiqatların aktual məsələlərdən olduğunu qeyd edərək, şöbədə bu istiqamətdə aparılan elmi araşdırmaların daha da dərinləşdirilməsini tövsiyə edib.

Sonda hesabatla bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.