Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Science Channel” telekanalında yayımlanan “Tərk edilmişlərin sirri” serialının növbəti buraxılışı Ağdam şəhərinə həsr olunub VİDEO

Bakı, 1 iyul, AZƏRTAC

Dünyanın nüfuzlu “Science Channel” telekanalında yayımlanan “Tərk edilmişlərin sirri” (Mysteries of the abandoned) elmi serialının növbəti buraxılışı Azərbaycanın Ağdam şəhərinə həsr olunub.

AZƏRTAC xəbər verir ki, reportajda son otuz ildə Ermənistan-Azərbaycan münaqişəsinin on minlərlə insanın həyatına son qoyduğu, müharibə zamanı və ondan sonra işğal dövründə şəhər və kəndlərin məhv edildiyi əksini tapır. Qeyd edilir ki, vaxtilə regionun mədəniyyət mərkəzi olan və bir vaxtlar minlərlə insanın yaşadığı Ağdam işğal dövründə yerlə-yeksan olunub və heç kimin yaşamadığı, tamamilə dağıdılmış “ruhlar şəhəri”nə çevrilib.

Reportajda viran qoyulmuş Ağdamdan görüntülər, o cümlədən işğal dövründə şəhərdə yeganə salamat qalmış bina – Ağdam Cümə məscidi, eləcə də Dram teatrının, Çörək muzeyinin və digər ictimai binaların dağıntıları nümayiş olunur. Həmçinin bu şəhər barədə tarixçi Dominik Selvudun fikirləri təqdim edilir: “İnanmaq çətindir ki, Ağdam bir vaxtlar normal həyat yaşayan insanların çiçəklənən, səs-küylü şəhəri olub. Yaşıl ağaclar arasında yüzlərlə bina görünür. Lakin onlar məhv edilib və həmin binaların yalnız qalıqları qalır. Məscid bu yerin irsini təqdim edir”.

Jurnalist Cim Meyqs isə Ağdamın vaxtilə çox müasir şəhər olduğunu vurğulayır: “İstənilən qərbli küçələrdə gəzə, kafelərə baş çəkə və özünü evdəki kimi hiss edə bilərdi. Lakin bütün bunlar qısa müddətdə məhv oldu. Bura qorxunc yerdir, sanki qorxu filmlərindəki kadrlara bənzəyir. Yollar və küçələr kimsəsiz qalıb. Heç yerdə insan görünmür. Şəhərdə salamat qalmış yalnız bir bina var. İnsanlar digər bölgələrdəki münaqişələr haqqında eşitdikləri qədər bu münaqişə barədə eşitməyiblər”.

Reportajda Ağdamdakı Çörək muzeyindən də bəhs olunur: “Başqa bir gözlənilməz tapıntı kimi bu dağıntının ortasında gözəl bir boyalı divar var. Bəlkə də bu, dağılmış şəhərin canlanmasından xəbər verir”.

Azərbaycanlı jurnalist Emin İbrahimov Çörək muzeyinin divarındakı rəsmdə Azərbaycan mədəniyyətinin üç atributunun təsvir olunduğunu bildirir: “Qadın əlində Novruz bayramının rəmzlərindən olan məcməyi tutub. Aşığın əlində Azərbaycanın milli musiqi aləti olan saz var. Uşaqlı qadın isə kəlağayı adlanan örpək geyinib. Bunların üçü də UNESCO tərəfindən qorunur və bəşəriyyətin qeyri-maddi mədəni irsinin bir hissəsidir. Ağdam şəhərində salamat qalan yeganə bina 1870-ci illərdə tikilmiş köhnə məsciddir. Ermənilər, əslində, ondan müşahidə qülləsi, anbar və artilleriya atəşlərini istiqamətləndirmək üçün istifadə edirdilər”.

Ermənistan-Azərbaycan münaqişəsinin tarixindən də söhbət açıldığı reportajda məlumat verilir ki, sovet dövründə Dağlıq Qarabağ Azərbaycanın tərkibində olub. Lakin həmin vaxt muxtar respublikada əhalinin əksər hissəsini təşkil edən ermənilər vilayətin Ermənistana birləşdirilməsi tələbi ilə çıxış etməyə başladılar. 1990-cı illərin əvvəllərində baş verən münaqişə nəticəsində Azərbaycan əraziləri həmin vaxt daha yaxşı silahlanmış Ermənistan ordusu tərəfindən işğal olundu. Minlərlə erməni silahlısı Ağdama girib şəhəri gülləbaran etdi.

“1993-cü ildə şəhərin 40 min əhalisi və bölgədəki yarım milyondan çox azərbaycanlı öz evlərini tərk etmək məcburiyyətində qaldı. 1994-cü ilə qədər Ermənistan Ağdam şəhəri də daxil olmaqla regionu zəbt etmişdi”, - deyə kimya mühəndisi Caega Vays bildirir.

Məlumat verilir ki, 2020-ci ildə dünya koronavirusa qarşı mübarizə apardığı bir vaxtda bu bölgədə münaqişə yenidən alovlanmağa başladı. Müharibədə ən müasir hərbi texnika ilə silahlanan Azərbaycan Ordusu qələbə qazandı. Azərbaycan Ordusunun müasir dron texnologiyasından uğurla istifadə etməsi uğur əldə olunmasında mühüm rol oynadı.

C.Vays Qarabağ müharibəsinin dronların həlledici rol oynadığı ilk müharibə olduğunu qeyd edib.

Həmçinin reportajda bildirilir ki, müharibə nəticəsində 2020-ci ilin noyabrında Ağdam şəhəri işğaldan azad edildi. Lakin şəhər sakinləri üçün mübarizə hələ bitməyib. Silahlar susmuş ola bilər. Ancaq mülki insanlar üçün hələ də travmatik zamandır.

Xüsusi vurğulanır ki, Ağdamı təmsil edən “Qarabağ” futbol komandası yerlə-yeksan edilən şəhərin gələcəyinə olan ümidin carçısına çevrilib. Komandanın uğurları göstərir ki, bu şəhərin həyata yenidən qayıdacağı ümidləri yaşayır. Komandanın Ağdamda yenidən oynamaq şansı var. Çünki dövlət “ruhlar şəhəri”ni super şəhərə çevirmək planlarını bəyan edib. Ağdamın Baş planı 2021-ci ilin mayında təsdiqlənib. Plana əsasən, yenilənmiş şəhərin əhalisi 100 min nəfər olacaq.

“Science Channel” telekanalında yayımlanan “Tərk edilmişlərin sirri” serialının növbəti buraxılışı Ağdam şəhərinə həsr olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub

Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib

“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır

Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər

Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasında dəyişiklik edilib

"IELTS imtahanına təşviq" layihəsi çərçivəsində 300 nəfər uğurlu nəticə əldə edib

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib

Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş

Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb

Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib

Azərbaycan və Türkiyə birgə tarixi film çəkəcəklər

“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib

Korsikanın muxtariyyətinə dair qanun layihəsi qəbul olundu, deputat etiraz etdi: Bu, buxovdur

Birinci Beynəlxalq Opera Festivalının ən gənc iştirakçıları çıxışa hazırlaşırlar

Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib

BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Kino Agentliyində “Kinematoqrafiya haqqında” Qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılır

Novruz bayramı günlərində yollarda 39 yol-nəqliyyat hadisəsi baş verib

Bakı şəhərətrafı dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları təsdiqlənib

“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1048-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI