İDMAN


“Səbail”-“Keşlə” matçında qapılara qol vurulmayıb

Bakı, 15 avqust, AZƏRTAC

Futbol üzrə Azərbaycan çempionatında yeni mövsümə hazırlıqlarını davam etdirən “Səbail” və “Keşlə” klubları avqustun 14-də yoxlama oyununda üz-üzə gəliblər.

AZƏRTAC xəbər verir ki, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən matçda qapılara qol vurulmayıb.

Bu komandaların Qəbələdəki toplanış çərçivəsində keçirdikləri yoxlama görüşündə “Keşlə” 2:0 hesabı ilə qalib gəlmişdi.

Qeyd edək ki, “Səbail” Azərbaycan Premyer Liqasının birinci turunda səfərdə “Neftçi”, “Keşlə” isə “Sumqayıt” ilə qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.