İDMAN


“Səbail” Premyer Liqada ən böyük hesablı məğlubiyyətini alıb

Bakı, 20 sentyabr, AZƏRTAC

Bakının “Səbail” klubu Premyer Liqada ən böyük hesablı məğlubiyyətini alıb. Bu, dördüncü turun “Qəbələ” ilə oyununa təsadüf edib. Səfərdə 0:5 hesabı ilə uduzan Aftandil Hacıyevin yetirmələri bunadək 5 və ya daha çox top fərqi ilə məğlub olmamışdı.

AZƏRTAC xəbər verir ki, 2017-ci ildən Premyer Liqada çıxış edən “Səbail” həm də ilk dəfə 5 qol buraxıb. Qəbələdəki oyunadək Bakı klubunun ən ağır yenilgisi 0:4 hesabı ilə olub. Belə nəticə 7 dəfə qeydə alınıb. Bu, iki rəqiblə görüşlərə təsadüf edib. 4 dəfə “Neftçi”, 3 dəfə “Qarabağ” “Səbail”in qapısından dörd cavabsız top keçirib. Paytaxt təmsilçisi 4 dəfə evdə, 3 dəfə səfərdə belə uduzub.

Qeyd edək ki, 5:0 hesabı həm də cari mövsümün ən böyük hesablı nəticəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.