İDMAN


“Səbail” baxışa çağırdığı iki futbolçu ilə bağlı qərar qəbul edib

Bakı, 15 iyul, AZƏRTAC

Azərbaycan Premyer Liqasında çıxış edən “Səbail” klubu baxışa çağırdığı iki futbolçu ilə bağlı qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi bir müddətdir sınaqdan keçirdiyi Cavid Tağıyev və Elşən Abdullayevlə razılığa gəlib. Hər iki oyunçu ilə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, yarımmüdafiəçilərin son klubu “Sabah” olub. C.Tağıyev ötən ilin sentyabrında, E.Abdullayev isə ötən mövsümün sonunda Masazır klubundan ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.