İDMAN


“Səbail” klubu “Kəpəz”i minimal hesabla məğlub edib

Bakı, 23 sentyabr, AZƏRTAC 

Sentyabrın 23-də Azərbaycan Premyer Liqasının VI turu çərçivəsində “Səbail” komandası Kəpəz” klubu ilə qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, “Dalğa Arena”da keçirilən görüşü baş hakim Rəhim Həsənov idarə edib.

Matçın ilk hissəsində hesab açılmayıb. Görüşün ikinci hissəsində ev sahibləri istəklərinə çatıblar. Oyunun 60-cı dəqiqəsində Elman Taqayev hesabı açıb və görüş “Səbail” klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbədən sonra “Səbail” klubu 6 xalla altıncı sırada qərarlaşıb. Aktivində 1 xal olan “Kəpəz” isə sonuncu sıradadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.