İDMAN


“Səbail” klubu fransalı futbolçu ilə maraqlanır

Bakı, 9 sentyabr, AZƏRTAC

“Qəbələ” klubu ilə müqaviləsini yeniləməyən Abdelrafik Jerar yenidən Azərbaycana qayıda bilər. Belə ki, yerli klublarımızdan “Səbail” fransalı futbolçuya dəvət göndərib.

AZƏRTAC xəbər verir ki, PSJ-nin yetirməsi olan yarımmüdafiəçiyə təklif olunan aylıq qazanc 4 min dollardır. İyirmi yeddi yaşlı mərkəz yarımmüdafiəçisi peşəkar karyerasına PSJ-də başlayıb. O, Paris təmsilçisinin B komandası ilə yanaşı, “Kretey” və “Lans” klublarında çıxış edib. Mərkəz yarımmüdafiəçisi 2018-2019-cu illərdə Belçikanın “Union Sent Jiluaz” klubunun formasını geyinib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.