İDMAN


“Səbail” klubu qapıçısı Nikolas Hagen ilə yollarını ayırıb

Bakı, 15 iyul, AZƏRTAC

“Səbail” futbol klubu müqavilə müddəti başa çatan Nikolas Hagen ilə yollarını ayırıb.

AZƏRTAC xəbər verir ki, klub rəhbərliyi futbolçuya göstərdiyi xidmətə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, 2020/2021-ci il mövsümündən “Səbail”in formasını geyinən qolkiper 27 oyunda meydana çıxıb və bu oyunların 6-da qapısını toxunulmaz saxlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.