İDMAN


“Səbail” klubu yeni transferə hazırlaşır

Bakı, 27 yanvar, AZƏRTAC

Bakının “Səbail” futbol klubu yeni transferə hazırlaşır.

AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi gənclərdən ibarət millimizin üzvü Timur Təməltaşla danışıqlar aparır. Hazırda Türkiyənin aşağı divizionunda çıxış edən “Eyupspor”un üzvü olan Temeltaşın transferi ilə paytaxt klubu yarımmüdafiənin mərkəzində olan boşluğu doldurmaq niyyətindədir.

Qeyd edək ki, bir müddət əvvəl “Neftçi” də Təməltaşla maraqlanmış, ancaq futbolçunun transferi reallaşmamışdı.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.