CƏMİYYƏT


Səbail rayonunda Bayraq gününə həsr olunan silsilə tədbirlər keçirilir

Bakı, 6 noyabr, AZƏRTAC

Səbail rayonu 49 saylı “İntellekt” lisey-məktəbdə “Bayrağımız – qürur mənbəyimizdir” adlı ədəbi-bədii tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a Səbail Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Lisey-məktəbin direktoru, Əməkdar Müəllim Təhminə Əsədova tədbirin əhəmiyyəti barədə danışaraq qeyd edib ki, bayrağımız tarixin keşməkeşli yollarından keçib, illərin sınağından çıxıb, müstəqillik uğrunda gedən mübarizələrdə şəhid olmuş minlərlə oğul və qızlarımızın qanına boyanıb. Bu bayraq hər bir azərbaycanlı üçün müqəddəsdir.

Səbail Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirinin müavini İsrafil Kərimov çıxış edərək bildirib ki, Azərbaycan bayrağı milli ləyaqət simvolumuzdur. Onu uca tutmaq, vüqarla dalğalandırmaq hər bir azərbaycanlının şərəf borcudur. “Məhz ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində üçrəngli, ay-ulduzlu bayrağımız ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilərək Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilib, daha sonra isə Azərbaycan Respublikası Ali Soveti 1991-ci il fevralın 5-də üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verib. Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə Azərbaycanda Dövlət Bayrağı Günü təsis edilib və hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur”, - deyə İ.Kərimov əlavə edib.

“İnnovativ təşəbbüslər: sosial və iqtisadi inkişafa yardım” İctimai Birliyinin sədri Əşrəf Əhmədov müəllifi olduğu “Azərbaycan Bayrağı” kitabını şagirdlərə təqdim edib.

Tədbirdə Azərbaycan Respublikası Ehtiyatda olan Zabitlər Konfederasiyası İctimai Birliyinin sədri, general-mayor Məhəmmədhüseyn Sarıyev, Birliyin Səbail Rayon Təşkilatının sədri, polkovnik Xətai Baxışov, sədr müavini, polkovnik Həsən Əmirov və başqaları da çıxış edib, şagirdlərə uğrunda minlərlə Vətən övladının canından keçdiyi bayrağımızı uca tutmağı tövsiyə ediblər.

Sonda məktəblilərin ifasında bayrağımıza həsr olunmuş şeir, mahnı və ədəbi kompozisiyalar səslənib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.