CƏMİYYƏT


Səbail rayonunda Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilib

Bakı, 4 dekabr, AZƏRTAC 

Beynəlxalq Əlillər Günü ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Dövlət Xəzər Dəniz Gəmiçiliyinin dəstəyi ilə Dənizkənarı Milli Parkda yerləşən “Yaxt-klub”da musiqili-əyləncəli tədbir keçirilib. Toplantıda “UAFA” Əlil Uşaqlar Təşkilatının üzvləri, Saray qəsəbəsindəki uşaq evində və 219 saylı məktəbdə təhsil alan, eləcə də bu rayonda yaşayan xüsusi qayğıya ehtiyacı olan azyaşlılar da olmaqla ümumilikdə 200-dən çox əlil uşaq iştirak edib.

Səbail Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə bildirilib ki, bu rayonda qeydiyyatdan keçmiş 2952 müxtəlif əlillik dərəcəsi olan vətəndaş yaşayır. Onların arasında əmək, Böyük Vətən və Qarabağ müharibəsi veteranları, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edənlər, qüsurlu doğulanlar, gözdən və müxtəlif səbəblərdən əlil olmuş şəxslər var. Hazırda rayonun Sosial Müdafiə Mərkəzində194 nəfər tənha-əlil qeydiyyatdadır ki, onlardan 29 nəfərinə sosial işçi xidmət göstərir.

Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova Prezident İlham Əliyevin əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan danışıb. O, Səbail rayonunda bu istiqamətdə həyata keçirilən işlərdən bəhs edib. Bildirilib ki, əlil vətəndaşlara, o cümlədən uşaqlara xüsusi diqqət və qayğı ilə yanaşmaq cəmiyyətimizin hər üzvünün borcudur. Bununla əlaqədar əlillərlə bağlı müxtəlif tədbirlərin keçirilməsi dövlət tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır.

Digər çıxış edənlər də əlil vətəndaşlara və uşaqlara dövlətimiz tərəfindən göstərilən xüsusi münasibətə görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.