CƏMİYYƏT
Səbail rayonunda Vətən müharibəsinin iştirakçıları ilə görüş keçirilib
Bakı, 11 iyun, AZƏRTAC
Respublika Veteranlar Təşkilatının təşəbbüsü ilə Səbail rayonunda Vətən müharibəsinin iştirakçıları ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Respublika Veteranlar Təşkilatının gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev, baş mütəxəssis Nəbi Hacıyev, rayon icra hakimiyyətinin əməkdaşları, rayonun veteranlar təşkilatının üzvləri, 44 günlük Vətən müharibəsinin iştirakçıları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Rayon veteranlar təşkilatının sədri Adilə Yaqubova belə görüşlərin Vətən müharibəsi qəhrəmanlarının təbliği, şəhid və qazilərimizin tanıdılması baxımından önəmini vurğulayıb.
Polkovnik Adil Haqverdiyev Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarovanın və sədr müavini, polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb.
Görüşdə Vətən müharibəsi iştirakçılarının keçdiyi döyüş yolundan söhbət açılıb, onların problemləri dinlənilib, sualları cavablandırılıb.