İQTİSADİYYAT
Səbail rayonunda bir sıra obyektlərin inşası başa çatdırılmışdır
Bakı, 21 aprel (AZƏRTAC). Cari ilin ilk rübü ərzində paytaxtın Səbail rayonunda bir sıra müxtəlif təyinatlı obyektlərin tikintisi işləri aparılmışdır.
Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən bildirmişlər.
Qeyd olunmuşdur ki, həmin dövrdə rayon ərazisindəki 2 nömrəli şəhər poliklinikasında, “Turac” uşaq bağçasında, Bibiheybət qəsəbəsində mədəniyyət evi və qəsəbə kitabxanasında aparılan əsaslı təmir-yenidənqurma işləri başa çatdırılmışdır.
Bununla yanaşı, 20-ci sahə ərazisindəki 109 nömrəli 35 kilovoltluq yeni yarımstansiyanın və Badamdar qəsəbəsində yerləşən yeni idman kompleksinin, eləcə də 3 yeni su anbarının tikintisi davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]