CƏMİYYƏT


Səbail rayonunda dezinfeksiya işləri davam edir

Bakı, 7 aprel, AZƏRTAC

Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Bakının mərkəzi hissələrində, o cümlədən İstiqlaliyyət küçəsi boyunca Səbail Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə dezinfeksiya işləri davam etdirilib.

Səbail RİH-dən AZƏRTAC-a bildiriblər ki, rayonun icra başçısı Vuqar Zeynalov dezinfeksiya işlərinin gedişi ilə yerində tanış olub.

Şəhərin mərkəzi küçələrində və burada yerləşən yaşayış binalarında, parklarda, yeraltı keçidlərdə, dayanacaqlarda intensiv şəkildə dezinfeksiya işləri aparılıb. Parklarda quraşdırılmış oturacaqlar, işıq dirəkləri, tullantılar üçün nəzərdə tutulmuş qutular və burada əkilmiş gül kolları, müxtəlif növ ağaclar xüsusi dərman məhlulları ilə dezinfeksiya olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.