CƏMİYYƏT


Səbail rayonunda əhalinin profilaktik tibbi müayinə tədbirləri davam etdirilir

Bakı, 13 mart, Əziz Məmmədov, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən fevralın 12-dən başlayaraq respublika vətəndaşlarının tibbi müayinədən keçirilməsi tədbirləri Bakının Səbail rayonunda yüksək səviyyədə davam etdirilir.

AZƏRTAC xəbər verir ki, 1 nömrəli şəhər poliklinikasının baş həkimi Kübra Cabbarova jurnalistlərə müsahibəsində tibbi müayinənin effektiv keçirilməsi üçün poliklinikada lazımi şərait yaradıldığını bildirib. Diqqətə çatdırıb ki, idarə və təşkilatlarda tibbi xidmətlərin göstərilməsi, habelə evlərdə yataq xəstələrinin müayinə edilməsi məqsədilə həkim briqadaları yaradılıb. Bu günədək 1 nömrəli şəhər poliklinikasında 6783 nəfər tibbi müayinədən keçib.

K.Cabbarova qeyd edib ki, ultrasəs, laboratoriya, rentgen, exokardioqrafiya, qastroskopiya və digər müayinələr xəstəliklərin ilkin mərhələdə aşkar olunmasına imkan yaradır. Müayinələr zamanı sakinlərdə əsasən arterial təzyiq, şəkərli diabet, qan xəstəlikləri, ürək-damar sistemi, nəfəs yolları və oynaq xəstəlikləri aşkar edilib. Həmin vətəndaşlara ambulator və stasionar müalicə təyin edilib, onlar dispanser qeydiyyatına götürülüblər. Mütəxəssislər onlara müalicə kursları təyin ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.