CƏMİYYƏT


Səbail rayonunda payız-qış mövsümünə hazırlığın yekunu ilə bağlı iclas keçirilib

Bakı, 10 dekabr, AZƏRTAC

Səbail Rayon İcra Hakimiyyətində 2018-2019-cu ilin payız-qış mövsümünə hazırlığın yekunu, qış aylarında icra hakimiyyətinin, təsərrüfat xidmətlərinin, ayrı-ayrı idarə, müəssisə və təşkilatların qarşısında duran vəzifələrə həsr olunmuş iclas keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən rayon icra hakimiyyətinin başçısı Vüqar Zeynalov mövsümə hazırlıqla əlaqədar görülən işlər haqqında geniş məlumat verib. Bildirib ki, rayon icra hakimiyyətində xüsusi qərargah yaradılıb, tədbirlər planı təsdiq olunub. Qeyd olunub ki, köməkçi məhəllədaxili yolların, səkilərin qardan vaxtında təmizlənməsi üçün cavabdeh təşkilatlar müəyyənləşdirilib, xüsusi texnikalar tam işlək vəziyyətə gətirilib, inventar, qum və duz tədarükü görülüb, işçilər arasında xüsusi iş qrafiki və növbətçilik təsdiq olunub.

İclasda digər çıxış edənlər payız-qış mövsümünə hazırlığın yekunu ilə əlaqədar tədbirlər planına uyğun görülmüş işlər və qarşıda duran vəzifələrin icrası barədə məlumat veriblər.

Sonra rayon təsərrüfatının 2018-2019-cu ilin payız-qış mövsümünə hazırlığın yekununun vəziyyəti ilə əlaqədar müzakirələr və fikir mübadiləsi aparılıb, müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.