CƏMİYYƏT


Səbail rayonunda silsilə soyğunçuluq edən şəxs tutulub

Bakı, 14 fevral, AZƏRTAC 

Səbail rayonu ərazisində qadına qarşı soyğunçuluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə zamanı naməlum şəxs Bayıl qəsəbəsi ərazisində paytaxt sakini olan bir xanımın çantasını soyğunçuluq yolu ilə ələ keçirib. Hadisəni törətməkdə şübhəli bilinən Sabunçu rayon sakini Bəhruz Muradov Səbail Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində tutulub. Saxlanılan zaman onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi heroin və marixuana da aşkarlanıb.

Hadisə zamanı B.Muradov zərərçəkən qadının bankomatdan pul çıxardığını gördüyü üçün onu izləyib və içərisində 300 manatdan çox pul olan çantanı ələ keçirib.

Onun Bayıl qəsəbəsi ərazisində açıq qalmış qapıdan avtomobilin salonuna daxil olaraq içərisində 2000 manat pul olan çantanı və daha bir mənzildən iki mobil telefon oğurladığı da müəyyənləşib.

B.Muradov ifadəsində, həmçinin bir müddət paytaxtın müxtəlif yerlərində avtodayanacaqlarda işlədiyini və nəqliyyat vasitələrini saxlayan sürücülərin ona xırdalamaq üçün verdiyi pul vəsaitlərini də ələ keçirdiyini etiraf edib.

Faktlarla bağlı Səbail Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanılıb. Bəhruz Muradovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in 102 - Zəng Mərkəzinə məlumat verə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.