İDMAN


“Səbail” rəhbərliyi ilə Aftandil Hacıyev arasında gedən danışıqlar müsbət nəticələnib

Bakı, 13 may, AZƏRTAC

Bakının “Səbail” futbol klubunun rəhbərliyi ilə Aftandil Hacıyev arasında gedən danışıqlar başa çatıb.

AZƏRTAC xəbər verir ki, tərəflər mövcud olan müqavilənin daha 1 il uzadılması barədə ortaq məxrəcə gəliblər. Qırx bir yaşlı baş məşqçi 2017-ci ilin yayından Bakı təmsilçisini çalışdırır.

“Səbail” onun rəhbərliyi altında bir sıra yeniliklərə imza atıb. Komandanı tarixində ilk dəfə Premyer Liqanın bürünc medalçısı edib. Komanda, həmçinin Avropa Liqasında iştiraka nail olub.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.