CƏMİYYƏT


Səbaildə əhalinin pulsuz göz müayinələri aksiyası keçirilib

Bakı, 23 aprel, AZƏRTAC

Görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi ilə əlaqədar Səbail rayonundakı ən müasir tibb müəssisələrindən olan “Dünyagöz” Göz Klinikasının təşəbbüsü və Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun 20-ci yaşayış sahəsində şəhid ailələri, müharıbə veteranları və əlilləri, məcburi köçkünlər və imkansız ailələrin nümayəndələri üçün pulsuz göz müayinələri keçirilib.

Səbail Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a məlumat veriblər ki, klinikanın səyyar laboratoriyası sakinlərin müayinəsini aparıb. Sakinlər gün ərzində peşəkar oftalmoloqlar tərəfindən pulsuz müayinə edilib və lazımi məsləhətlər alıblar. Ehtiyac yarandığı təqdirdə vətəndaşlar stasionar müalicəyə cəlb olunacaqlar.

Müayinə aksiyası sabah da davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.