MƏDƏNİYYƏT


Sebastian Sançez: Azərbaycanın milli musiqilərini dinlədim və çox bəyəndim

Bakı, 11 avqust, AZƏRTAC

Mənim üçün bu Olimpiada çox faydalı oldu. Burada insanların texnologiyaya, onun tətbiqinə maraqlı olduqlarını hiss etdim. Texnologiya dünyasına ayrılan diqqət bilik və bacarıqlarımızı işlətməyə bir töhfə verir.

Bu sözləri Bakıda keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadasının bürünc medalçısı Sebastian Sançez AZƏRTAC-a müsahibəsində deyib.

“Azərbaycana medal qazanmaq üçün gəldim və buna nail oldum. Altı ildir proqramlaşdırma ilə məşğul oluram. Buna görə də bu yarışa böyük səylə hazırlaşırdım. Çox istərdim ki, yarışmanın digər iştirakçıları da öz təcrübələrini başqaları ilə bölüşsünlər. İlk dəfə 2012-ci ildə vətənim Mexikoda keçirilən Beynəlxalq İnformatika Olimpiadasında iştirak etmişəm. Bakının bir neçə görməli yerlərində oldum. Ən çox diqqətimi çəkən məkanlar İçərişəhər və Alov qüllələridir. Bakı çox gözəldir. Burada yeni tikililərlə yanaşı, qədim abidələr də vardır. İnsanlar hər zaman bizlərlə mehriban davranırdılar. Azərbaycanın milli musiqilərini dinlədim və çox bəyəndim. Bu, şərqlə qərbin bir sintezidir”, -deyə Sebastian Sançez bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.