İDMAN


Sebastyan Fettel Formula 1 Azərbaycan Qran-Prisində "Günün sürücüsü" seçilib

Bakı, 7 iyun, AZƏRTAC

Sebastyan Fettel Formula 1 Azərbaycan Qran-Prisində "Günün sürücüsü" seçilib.

AZƏRTAC xəbər verir ki, Formula 1-in rəsmi saytında azarkeşlər arasında təşkil olunan sorğuda "Aston Martin" komandasının almaniyalı pilotu bütün rəqiblərini qabaqlayaraq bu ada sahib olub.

Sıralanma turunu 11-ci pillədə başa vuran S.Fettel əsas yarışda ikinci olaraq komandasına Formula 1-də ilk podium qazandırıb.

Qeyd edək ki, Bakıda Formula 1 Azərbaycan Qran-Prisi “Red Bull Racing Honda” komandasının meksikalı pilotu Serxio Peresin qələbəsi ilə başa çatıb. S.Peres Bakı şəhər halqasında 51 dövrəni hamıdan tez (1:44.703) başa vuraraq podiumda birinci pillənin sahibi olub. İkinci yeri “Aston Martin” komandasının almaniyalı sürücüsü Sebastyan Fettel (1:45.138) qərarlaşıb. “AlphaTauri” komandasının fransalı sürücüsü Pyer Qasli (1:45.588) isə yarışı üçüncü sırada tamamlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.