İDMAN


Sebastyan Fettel: ötənilki Azərbaycan Qran-Prisində baş verən insidenti çox ağır keçirdim

Bakı, 26 aprel, AZƏRTAC

Formula 1-in dördqat dünya çempionu Sebastyan Fettel Bakıdakı yürüş uik-endinin startından əvvəl bildirib ki, ötənilki Azərbaycan Qran-Prisində baş verən insident onun üçün ciddi dərs olub.

AZƏRTAC xəbər verir ki, Sebastyan Fettel onunla bağlı tənqidlərə münasibətini bildirib. O deyib: “Həmin yürüşdən sonra mən çox məyus idim. Bu pis hisslərlə bacarmaq çox çətindir. Lakin həyatda həmişə belədir: səhvə yol vermisənsə, bunu daşımaq ağırdır. Mən baş verənlərdən ibrət dərsi aldım”.

Xatırladaq ki, ötən il Luis Hemiltonun qəfil tormozlamasına qeyri-iradi reaksiya verib, bilərəkdən britaniyalının bolidinə zərbə yetirən almaniyalı tənqid atəşinə tutulmuşdu. On saniyəlik cərimə alaraq, qələbə şansından məhrum edilən S.Fattel FIA-nın sonrakı araşdırmaları mərkəzində də olub. Prezident Jan Todtla görüş tərbiyə xarakterli söhbətlə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.