İDMAN


Sebastyen Alle Kriştiano Ronaldonun rekordunu təkrarlayıb

Bakı, 8 dekabr, AZƏRTAC

Niderlandın “Ayaks” klubunun futbolçusu Sebastyen Alle İngiltərənin “Mançester Yunayted” komandasında çıxış edən Kriştiano Ronaldonun rekordunu təkrarlayıb.

AZƏRTAC xəbər verir ki, 27 yaşlı hücumçu buna Çempionlar Liqasının qrup mərhələsindəki bütün matçlarda fərqlənməklə nail olub.

Forvard son olaraq doğma meydanda Portuqaliyanın “Sportinq” komandasına 4:2 hesabı ilə qalib gəldikləri altıncı tur görüşündə hesabı açıb. O, hazırkı mövsümdə 10 qolla yarışın bombardiridir.

Qeyd edək ki, “Ayaks” C qrupunu 18 xalla birinci pillədə başa vurub və bütün görüşlərdə qələbə qazanmaqla Niderland futbolu tarixində ilkə imza atıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.